Rusiya və Cənubi Sudan həmin Afrika ölkəsinin təbii sərvətlərinin geoloji kəşfiyyatı və xəritələşdirilməsinin həyata keçirilməsinə dair razılığa gəliblər.
Elchi.az TASS.ru-ya istinadən xəbər verir ki, bu barədə Cənubi Sudanın Moskvadakı səfiri Çol Tonq Mayai Canq deyib.
” “Rosgeologiya” ilə bizim Mədən Nazirliyi arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Söhbət təbii sərvətlərimizin xəritələşdirilməsindən gedir, şirkət bu təklifi hökumətimizdən alıb. Bizim nəhəng təbii ehtiyatlarımız var, lakin onların miqdarı haqqında təxmini fikirimiz var. İndiyədək ölkəmizdə heç vaxt geoloji kəşfiyyat işləri aparılmayıb”, – deyə o, bildirib.
Diplomatın sözlərinə görə, layihə üzrə müqavilədə onun iki il ərzində başa çatdırılması göstərilib. Səfir qeyd edib ki, “Rosgeologiya” iki ölkəyə bölünməzdən əvvəl Sudanda fəaliyyət göstərib: “Beləliklə, onların Cənubi Sudandakı ehtiyatlar haqqında müəyyən təsəvvürləri var. Ona görə də bizə elə gəlir ki, indi “Rosgeologiya”nın bizimlə müvafiq araşdırmalar aparması üçün doğru zamandır”, – deyə Canq əlavə edib.
Yeganə






