"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Rusiya Dağlıq Qarabağ probleminin həllində yox, münaqişəni idarə etməkdə maraqlıdır“ – Erməni analitik

11 Avqust 2014 - 15:14
in GÜNDƏM

Tomas de Vall və Metyu Brayza Soçi görüşündən danışır1407672259 (1)

Bunu da oxuyun

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

“The Sydney Morning Herald” qəzeti bu günkü sayında qonşuluqdakı Dağlıq Qarabağ konfliktinə görə Rusiya prezidenti Vladimir Putinin sülhyaratma imici ilə ortaya çıxmasından yazır.

Avqustun əvvəllərində, cəbhədə gərginliyin artması fonunda Rusiya prezidenti Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidentli Serj Sarkisyanın Soçidə görüşünü təşkil edib.
Qəzet qeyd edir ki, Ukraynada dərinləşməkdə olan gərginlikdə və hərbi xarakter alan konfliktdə ittiham olunan Putin belə bir rolu öz üzərinə götürüb. Keçmiş sovet respublikaları olan Ermənistan və  Azərbaycan arasında 20 ildən çoxdur ki, qanlı münaqişə mövcuddur.
“The Sydney Morning Herald” yazır ki, Soçidə danışıqlar gedən zaman erməni tərəfinin açdığı atəş nəticəsində Azərbaycan əsgəri öldürüldü. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verib. Rəsmi məlumata görə iyulun 26-dan bu günə kimi Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsi zəminində 24 hərbçi itirib.
ABŞ-ın Karnegi Sülh Fondunun proqram direktoru, sabiq britaniyalı jurnalist Tomas de Vall qəzetin sualına cavab olaraq deyib ki, heç bir halda Ermənistana və Azərbaycana Qarabağda müharibə lazım olmamalıdır: “Rusiya münaqişənin yenidən alovlanmasının qarşısını öncədən almaqda güclü istəyə malikdir. Rusiya müqavilə öhdəliyinə görə Ermənistana hərbi yardım etməlidir, digər tərəfdən isə Rusiya Azərbaycanla inkişaf etdirdiyi münasibətləri darmadağın etmək istəmir“.
Qəzet xatırladı ki, BP başda olmaqla bir çox şirkət indiyə qədər Azərbaycanın neft və qaz yataqlarına 40 milyard dollar sərmayə qoyub. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri (2010-2011) Metyu Brayza deyib ki, Rusiya Ukraynadakı mürəkkəb duruma görə keçmiş Sovet ölkələrində öz maraqlarını yetərincə qoruya bilmir.
Rusiya hökuməti şərqi Ukraynada yaranmış  böhranda əlinin olması faktını kəskin şəkildə rədd edir. Metyu Brayza deyib:”Nə qədər ki, prezident Putin Ukraynada yeritdiyi siyasətdən geri çəkilməyib, onun cənubi Qafqazda hərbi gərginliyi azaltmasına göstərdiyi cəhdlərə daha az etibar ediləcək”. Qəzet qeyd edir ki, hazırda Metyu Brayza  Estoniyanın paytaxtı Tallin şəhərində Müdafiə Araşdırmaları üzrə Beynəlxalq Mərkəzə başçılıq edir.
“İmperiyanın 8 parçası” kitabının müəllifi və Qafqaz üzrə analitik olan Lavrens Şits (Lawrence Sheets) qeyd edir ki, bu münaqişə total şəkildə fərqli xarakterə malikdir. O, qeyd edib ki, son həftələrdə Qarabağ konflikti zamanı iri çaplı silahlardan istifadə olunub, ancaq indiyə qədər adətən kiçik çaplı silahlardan atəş açılırdı. Şifahi hədə-qorxular da özünün ən yüksək nöqtəsinə çatıb.
“Dağlıq Qarabağ münaqişəsini həll etmək yox, məhz idarə etmək Rusiyanın maraqlarına daha çox uyğun gəlir”, Londonda  fəaliyyət göstərən “IHS Global Insight” təşkilatının aparıcı analitiki Lilit Qevorqyan (Lilit Gevorgyan) belə deyib. O, həmçinin vurğulayıb ki, Dağlıq Qarabağ konflikti Rusiyaya Ermənistana və Azərbaycana təzyiq rıçaqları verir. Ona görə də demək olar ki, Rusiyanın araçılıq etdiyi Soçi görüşü Dağlıq Qarabağda  status kvonu saxlamağa xidmət edəcək.
İlham Əliyev, Putin və Sarkisyan sambo yarışlarını izləyiblər
Qəzet qeyd edir ki, münaqişə iştirakçıları tərəfindən Dağlıq Qarabağda atəşkəsin olması ilə bağlı 1994-cü ildə rəsmi müqavilə bağlanıb. Münaqişə zamanı 30 min nəfər öldürülüb, 1,2 milyon insan qaçqın düşüb. Ermənistandan 200 min azərbaycanlı köç edib, Dağlıq Qarabağa bitişik rayonlardan isə 700 mn azərbaycanlı baş götürüb qaçıb. 360 mindən çox erməni də Azərbaycanı tərk etməli olub. Qəzet qeyd edir ki, bu məlumatlar  ABŞ-ın Karnegi Sülh Fondundan götürülüb.
Elbəyi Həsənli (Sürix)

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Rusiya Dağlıq Qarabağ probleminin həllində yox, münaqişəni idarə etməkdə maraqlıdır“ – Erməni analitik

Next Post

Ukraynada 106 məhkum həbsxanadan qaçdı

Bənzər yazılar

Rusiya Ermənistana hücum hazırlayır – İrəvanda panika

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

06 May 2024 - 15:15

Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

Qubadlıda insana aid kəllə sümüyü aşkarlandı

06 May 2024 - 14:43

Qubadlı rayonu ərazisində sümük fraqmentinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

Kamal Abdullaya yubiley medalı təqdim olundu – Foto

01 May 2024 - 16:14

Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib. Elchi.az xəbər verir ki tədbirdə...

İlham Əliyev dini rəhbərləri qəbul etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

01 May 2024 - 15:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin müsəlman dini rəhbərlərindən ibarət nümayəndə...

Next Post

Ukraynada 106 məhkum həbsxanadan qaçdı

Bakıda yaşayış binasında yanğın

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.