Rusiya daha Avropa Şurasınnın iclaslarında iştirak etməyəcək.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Bəyanatda deyilir ki, Moskva Avropa Şurasının NATO və Aİ tərəfindən Qərb özünüsevmə platformasına çevrilməsində iştirak etməyəcək.
“Bir-birinizdən həzz alın, amma Rusiyasız. Rusiyaya qarşı dost olmayan Aİ və NATO dövlətləri Avropa Şurası Nazirlər Komitəsində (mütləq çoxluqdan sui-istifadə edərək) Avropa Şurasını və Avropada ümumi humanitar-hüquqi məkanı məhv etmək xəttini davam etdirirlər.
Rusiya XİN Qərb ölkələrinə xəbərdarlıq da edib.
“Hadisələrin gedişatı dönməz xarakter alır. Rusiya ABŞ-ın və onun satellitlərinin tapdaladığı beynəlxalq hüququn yerinə “qaydalara əsaslanan nizam”ın tətbiqi istiqamətində kollektiv Qərbin həyata keçirdiyi bu təxribatçı hərəkətlərlə barışmaq niyyətində deyil”.






