
Futbol üzrə Rusiya milli yığmasının Avropa Çempionatının (2016) seçmə turnirində Avstriyaya öz meydanında 0:1 hesabı ilə məğlub olmasından sonra Dövlət Dumasının vitse-spikeri İqor Lebedev DÇ-2018-i keçirmək hüququnu başqa ölkəyə verməyi təklif edib.
Musavat.com Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə o, özünü twitter-dəki mikrobloqunda yazıb.
“Bizim yığmamızın bu cür oyunu ilə biz gərək elə özümüz təklif edək ki, DÇ-2018 başqa ölkədə keçirilsin” – yazıb vitse-spiker.
Xatırladaq ki, italyan Fabio Kapellanın baş məşqçi olduğu Rusiya yığması Avstriyaya uduzduqdan sonra Avropa Çempionatının finalına çıxmaq şansını qəlizləşdirib. Qrupda üçüncü yerdə qərarlaşan rusiyalılar Fransaya putyovkanı yalnız play-off matçlarında qələbə hesabına təmin edə bilərlər.



