
Rusiya Ermənistandan bəzi məhsulların idxalına qadağa qoyub.
Cebhe.info xəbər verir ki, kənd təsərrüfatı mallarına qoyulan qadağa ölkədəki epizootik durumun qeyri-stabil olması ilə bağlıdır.
Xüsusilə ət məhsullarına tətbiq edilən qadağaların nə zamana qədər qüvvədə olacağı hələlik məlum deyil. Eyni zamanda süd və süd məhsullarının da bu ölkəyə idxalı məhdudlaşdırılıb.



