"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rusiya-Ermənistan birgə qoşunu Naxçıvanla sərhəddə

18 Noyabr 2016 - 08:40
in XƏBƏR LENTİ
 Rusiya-Ermənistan birgə qoşunu Naxçıvanla sərhəddəEkspertlər real təhlükə və onun mümkün nəticələri barədə danışdılar…

Rusiya və Ermənistanın birgə hərbi birləşmələrin yaradılması ilə bağlı qərarı birmənalı şəkildə Azərbaycanı təhdid edən addım kimi dəyərləndirilir. Hələlik nə Xarici İşlər, nə də Müdafiə nazirlikləri səviyyəsində bu məsələyə hər hansı münasibət bildirilməyib. Dünən də hər iki qurumdan mövqe almaq cəhdimiz müsbət nəticə vermədi. 
Vahid hərbi birləşmələrin yaradılması ilə bağlı razılaşma çərçivəsində Ermənistanın 4-cü korpusu vahid orduya qatılacaq. Publika.az xəbər verir ki, 4-cü korpusun yerləşdiyi ərazi diqqət çəkir. Ermənistan mediasının məlumatına görə, bu korpus Naxçıvanla sərhəddə olan “Vayos Dzore” ərazisində yerləşir. Həmçinin bura Dağlıq Qarabağ bölgəsinə yaxındır. Maraqlıdır ki, birgə qoşun birləşməsinin Naxçıvanla sərhəddə yerləşdirilməsi hətta ermənilərin də diqqətini çəkib və yerli mətbuat “Niyə məhz Naxçıvanla sərhəddə” sualına cavab axtarır.
 
Politoloq Elçin Mirzəbəyliyə görə, bu kimi məlumatlar Moskvanın təzyiqlərinin açıq müstəviyə keçirməsindən xəbər verir: “ABŞ-dakı seçkilərdən sonra yaranmış vəziyyət, yeni prezident Trampın xarici siyasətinin prioritetlərinin aydın olmaması, Qərbin Ukrayna ilə bağlı nümayiş etdirdiyi riyakar və qorxaq mövqe, Gürcüstanda, Moldovada və Bolqarıstanda keçirilən seçkilərin nəticələri postsovet məkanında və Şərqi Avropada qlobal güc balansının Rusiyanın xeyrinə dəyişməsi mənzərəsini yaradıb.
Moskva isə bu vəziyyətdən yararlanmaqla nüfuz dairəsini daha da genişləndirməyə və möhkəmləndirməyə çalışır. Rusiyanın bu davranışları ona qarşı real təzyiq vasitələri işə düşməyənədək davam edəcək. Son hadisələr Rusiyanın Qarabağ münaqişəsində tərəf olduğunu daha qabarıq şəkildə ortaya qoyur”. E.Mirzəbəyli hesab edir ki, bunu Rusiyanın özü istəyir: “Yəni Moskva atdığı addımlarla açıq şəkildə mesaj verir ki, Rusiya bu münaqişədə tərəfdir və danışıqlar da məhz işğalçının əsas ”paya” sahib olan ortağı kimi onunla aparılmalıdır. Bu davranışları ilə Rusiya artıq siyasi manevrlər və irili-xırdalı bazarlıqlar üçün yer qoymur. Bunu şərtləndirən amillərdən biri də Türkiyənin Qərblə münasibətlərində yaranmış dərin ziddiyyətlərdir.
Diqqət yetirsəniz, Kremlin sözçüsü funksiyasını yerinə yetirən Vladimir Jirinovski Türkiyənin İraqda və Suriyada haqqı olduğunu deyir. Yəni Ankaranın Rusiya tərəfindən “müəyyənləşdirilmiş” maraqlarının xəritəsini cızır. Bununla demək istəyir ki, sənin Qafqazda və Balkanlarda işin yoxdur, get o “ərəb bataqlığı”, o da sən… 
Təhlükəli olan məqam da elə budur. Çünki Rusiya-Türkiyə münasibətlərinin iqtisadi maraqlara söykənən sabit inkişafı Azərbaycanı qane etsə də, Ankara ilə Moskvanın geosiyasi razılaşmaları heç vaxt Azərbaycanın mənafeyinə xidmət etməyib və bundan sonra da edəcəyi inandırıcı görünmür. Ankaranın Rusiyanın nişan verdiyi “nüfuz məkanı” ilə razılaşması və bu istiqamətdə real addımlar atması isə çox böyük problemlərə zəmin yarada bilər. Çünki Moskvanın nişan verdiyi məkanda Rusiya mütləq söz sahibi deyil”. Politoloqa görə, Rusiya indiki şəraitdə Cənibi Qafqazdakı nüfuz dairəsini heç kimlə paylaşmaq istəmir, əksinə, bu coğrafiyaya təsir etmək imkanı olan irili-xırdalı bütün gücləri neytrallaşdırmağa çalışır: “Olduqca təhlükəli bir vəziyyət yaranıb!”
Ekspert hesab edir ki, indiki halda Ankaranın ənənəvi müttəfiqləri ilə münasibətlərini tənzimləməsinə və regionda qüvvələr nisbətinin balanslaşdırılması üçün hərəkətə keçməsinə ehtiyac var: “Türkiyənin Azərbaycanla birgə hərbi birləşmə yaradacağı indiki vəziyyətdə inandırıcı görünmür. Ankara Moskvanı qıcıqlandıracaq heç bir addım atmaq niyyətində deyil. Bu baxımdan, çox mürəkkəb bir mərhələdən keçdiyimizi düşünürəm. Eyni zamanda 2017-ci ilin ikinci yarsından etibarən Rusiyaya qarşı real təzyiqlərin həyata keçirilməsi ehtimalının olduğu qənaətindəyəm”.
“Ümumiyyətlə, Naxçıvanı Qarabağ münaqişəsinə qatmaq ermənilər və onların havadarlarının çoxdankı istəyidir”. Bu fikirlər isə politoloq Arzu Nağıyevə məxsusdur. Onun sözlərinə görə, burada artıq söhbət Dağlıq Qarabağdakı qoşunların təmas xəttindən deyil, Azərbaycanla Ermənistanın sərhədindən gedir:“Yəni bu sərhəddə hər hansı təxribat baş verərsə, Azərbaycan tərəfi cavab verməlidir. Bu isə artıq KTMT-nin üzvü olan Ermənistana qarşıdır. Buna görə də Rusiya belə variantlara əl atır. Eyni zamanda Bakı-Tiflis-Qars dəmir yolunun açılışı reallaşdıqca Rusiya öz mövqelərini daha da möhkəmlətməyə çalışır.  Burada da əsas bəhanə ondan ibarətdir ki, bu dəmir yolu vasitəsilə Naxçıvan tam şəkildə blokadadan çıxa bilir”. A.Nağıyevə görə, Azərbaycanın Türkiyə ilə qoşun birləşməsini yaratması  NATO ilə razılaşdırılmalıdır: “Yəni ikitərəfli hərbi müqavilələr ola bilər və belə bir müqavilə mövcuddur. Lakin geniştərkibli qurumlar üçün bu kifayət deyil. Rusiya NATO ilə sərhədin məhz Türkiyə-Ermənistan sərhədindən keçdiyini nəzərə alaraq, bu istiqamətdə təhdidin olacağından çəkinir. Ermənistanla həmrəylik nümayişinin əsas məqsədlərindən biri budur. Son anda isə bu regionda silah-sursat və şəxsi heyətin həddən artıq çoxalmasına və təhdidlərə, o cümlədən Dağliq Qarabağ münaqişəsinin həllinin uzanmasına gətirib çıxara bilər”.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Zorlamada ittiham edilən direktor azadlıqda

Next Post

Kerri Lavrovla keçirdiyi görüşü şərh edib

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Kerri Lavrovla keçirdiyi görüşü şərh edib

Azərbaycan “3+2” formatında görüşə razılıq verib

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.