"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rusiya-Ermənistan hərbi əməkdaşlığına qarşı unikal təklif

28 Sentyabr 2016 - 08:51
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Rusiya-Ermənistan hərbi əməkdaşlığına qarşı unikal təklif

Politoloq Türkiyə ilə Azərbaycan arasında hava qüvvələrinin əməkdaşlığı təşəbbüsü ilə çıxış etdi; Elçin Mirzəbəyli: “Rusiya ilə işğalçı ölkə arasındakı saziş Azərbaycanın Türkiyə ilə birgə hərəkət etmək üçün əldə edə biləcəyi hüquqi presedentdir””

Rusiyanın Ermənistanla birgə Hava Hücumundan Müdafiə sistemi qurmağa qərar verməsi Azərbaycanı alternativlər axtarmağa vadar edir. Düzdür, rəsmi Bakı bu məsələni iki ölkənin daxili işi hesab edir. Ancaq hər halda, söhbət işğalçı ölkənin quru və hava məkanının birgə müdafiəsindən gedirsə, bu, Azərbaycanda narahatlıq doğurmaya bilməz.
Düşmən ölkənin bundan əvvəl Rusiyadan “İsgəndər” raketlərini alması da alternativlərə əl atmağı zəruri edir.
Bu arada müdafiə sənayesi naziri Yavər Camalov maraqlı açıqlama ilə çıxış edib. O deyib: “Hazırda 125 məmulatın üzərində təcrübə konstruktor işləri aparılır. Prioritet layihələrdən hava-yer, hava-hava və yer-yer raketləri üzərində iş aparılır”.
Y.Camalov qeyd edib ki, 280 km məsafədə ballistik raketlərin texnologiyasının Azərbaycana gətirilməsi ilə bağlı dünyanın bir neçə aparıcı şirkəti ilə danışıqlar gedir.
Xatırladaq ki, Rusiya və Ermənistan tərəfi ötən ilin 23 dekabr tarixində Hava Hücumundan Müdafiə (HHM) sistemini birgə yaratmaq üçün ilkin razılığa gəlmişdi. 26 sentyabrda isə Rusiya tərəfi bu qanunu təsdiq etdi. Sənədi Rusiya prezidenti imzaladıqdan sonra qanun layihəsi ratifikasiya üçün Dövlət Dumasına göndəriləcək. Ermənistan Milli Məclisi isə bu sazişi hələ iyunun 30-da, aprel müharibəsindən sonra ölkədə yaranmış ciddi təşviş fonunda ratifikasiya etmişdi. Ermənistan müdafiə naziri Seyran Ohanyan demişdi ki, birləşmiş HHM sistemi haqqında müqavilə Ermənistana Rusiyanın qırıcı təyyarələri, S-300 sistemi və RF Hərbi-Kosmik Qüvvələrinin kəşfiyyat məlumatlarından istifadə etməyə imkan verəcək. Birləşmiş HHM sisteminə qarşı çıxış edən İrs parlament fraksiyasının rəhbərliyi bu sənədin qəbul olunmasını “xəyanət” adlandırsa da, hakimiyyət bunu “xilas yolu” kimi təqdim edib.
Rusiyanın Ermənistanın hava məkanını qoruması Azərbaycan üçün nə deməkdir? Bu anlaşma Qarabağ müharibəsi başladığı zaman bizə ciddi problemlər yarada bilərmi? Azərbaycan bu razılaşmanın, təhdidin qarşılığında hansısa müttəfiqi ilə analoji saziş imzalaya bilərmi?
Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Rusiya ilə Ermənistanın birgə Hava Hücumundan Müdafiə (HHM) sistemi yaratması ilə bağlı razılaşma və bu razılaşmanın əsasında hazırlanan qanun layihəsi formal xarakter daşıyır: “Hər kəsə bəllidir ki, Ermənistanın hava və quru sahəsinə, sərhədlərinə Rusiya nəzarət edir. İndiki şəraitdə bu qanun layihəsini mövcud reallığın qanuniləşdirilməsi, yəni Rusiyanın Ermənistanın hava məkanına nəzarəti üçün hüquqi bazanın yaradılması kimi qəbul etmək olardı, əgər Rusiya beynəlxalq münasibətlərdə hüquqi mexanizmlərə önəm versəydi. Amma Rusiyanın xarici siyasətinin ənənəvi prioritetlərini və bu müstəvidə xüsusilə də 2008-ci ildən başlayaraq atılan addımları nəzərə alsaq, o zaman məsələnin daha çox siyasi müstəvidə həyata keçirilən bir aksiya olduğu qənaətinə gəlmək olar”.
Politoloq bu barədə danışarkən bir vacib məqama da toxundu: “Diqqətə almaq lazımdır ki, Moskva-İrəvan razılaşması Rusiyaya məxsus hərbi təyyarənin Türkiyəyə məxsus qırıcılar tərəfindən vurulduqdan təxminən 1 ay sonra gündəmə gəlib. Həmin dövrdə bir çox ekspertlər Rusiyanın bu addımının Türkiyəyə qarşı olduğunu bildirirdilər. Baş verənlərin ümumi mənzərəsi də bu ehtimala yol açırdı. Lakin unutmaq lazım deyil ki, razılaşma ilə bağlı müzakirələr Rusiya təyyarəsinin vurulmasından bir neçə müddət öncə, Qəbələ RLS-in istismarının dayandırılmasından və ABŞ-ın Şərqi Avropada HHM sistemləri quraşdırılması ilə bağlı müvafiq razılaşmalarından sonra başlayıb. O zaman razılaşmanın həm Birləşmiş Ştatların addımlarına qarşı adekvat reaksiya olduğunu, həm Rusiyanın Cənubi Qafqazda hava məkanına nəzarəti gücləndirmək məqsədi güddüyünü, həm də region dövlətlərinə, o cümlədən Türkiyə və Azərbaycana bir mesaj olduğunu söyləmək mümkündür. Qeyd edim ki, HHM sistemləri təkcə raket hücumundan müdafiə üçün nəzərdə tutulmayıb. Bu, həm də yüksək radiolokasiya və təbii ki, daha geniş əraziyə nəzarət imkanları deməkdir”.
E.Mirzəbəyli razılaşmada Ermənistan əhalisini sakitləşdirmək niyyətinin olduğunu da istisna etmir: “Burada müharibənin başlayacağı xofu içərisində gərginlik yaşayan Ermənistan cəmiyyətinə ehtimal olunan hava hücumundan müdafiə ilə bağlı təminat və təbliğat elementləri də var. Maraqlıdır ki, Ermənistanda bu razılaşmaya münasibət birmənalı deyil. Bəzi erməni ekspertləri bu razılaşmanın Ermənistanın əl-qolunu tamamilə bağlayacağını, işğalçı ölkənin forpost statusunu daha da möhkəmləndirəcəyini düşünürlər. Razılaşmada Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının, xüsusilə də son zamanlar hər iki ölkənin Hərbi Hava Qüvvələrinin (HHQ) intensivləşməkdə olan əlaqələrinin, birgə təlimlərinin də müəyyən qədər rol oynadığını düşünmək olar. Təbii ki, bunun əksini iddia etmək üçün mövcud olan təhdidlər daha çoxdur. Yəni indiki şəraitdə Türkiyə və Azərbaycan HHQ-lərinin əməkdaşlığının regionda mövcud olan təhlükələrə qarşı meydana çıxdığını söyləmək də mümkündür. Rusiyanın Ermənistanın hava məkanını qoruması Azərbaycan üçün regionda mövcud olan hərbi reallıqlar baxımından heç bir anlama gəlmir. Yəni bu, mövcud hərbi-siyasi vəziyyətin dəyişməsi deyil. Ermənistan onsuz da Rusiyanın hərbi-siyasi müttəfiqi, daha dəqiq desək, forpostudur. Bu ölkədə Rusiyanın hərbi bazası var və sərhədlərinə də rus hərbçiləri nəzarət edir”.
Azərbaycana təhdidlərə gəldikdə, politoloq hesab edir ki, Qarabağ müharibəsi başlayacağı təqdirdə, əgər məsələyə hüquqi müstəvisindən yanaşsaq, o zaman Rusiyanın Azərbaycanın beynəlxalq hüquq tərəfindən tanınmış sərhədləri çərçivəsində həyata keçirdiyi əməliyyatlara müdaxilə etmək imkanı yoxdur:“Amma Rusiya hüquq dövləti deyil və onun üçün hər hansı bir razılaşmanın, hüquqi anlaşmanın heç bir önəmi yoxdur. Ukraynanın nüvə silahından imtina etməsi müqabilində bu ölkənin ərazi bütövlüyünə təminat verən ölkələrdən biri də Rusiya idi. Sonu nə oldu? Təminatçı ölkə işğalçıya çevrildi. Bu səbəbdən də Rusiya ilə bağlı məsələlərdə hüquq anlayışının bir tərəfə qoyulmasının vacib olduğunu düşünürəm. Yəni proseslərə Rusiyanın maraqları çərçivəsində yanaşmaq lazımdır. Əgər ikinci Qarabağ müharibəsi başlayarsa və Rusiyanın maraqları bu ölkənin neytral qalmasını tələb edərsə, o zaman yüz belə razılaşma, qanun layihəsi olsa da Rusiya neytral qalacaq. Və yaxud əksinə, maraqları tələb edəcəksə, hətta Azərbaycanla qarşılıqlı hərbi yardımlaşma haqqında müqavilə imzalasa da, müdaxilə edəcək. Bu sazişin ratifikasiya olunmasının Azərbaycana verdiyi yeganə imkan ölkəmizin öz Hava Hücumundan Müdafiə sistemlərini gücləndirmək və bu sahədə Türkiyə ilə birgə hərəkət etmək üçün əldə edə biləcəyi hüquqi presedentdir”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Neftin qiyməti sürətlə ucuzlaşır

Next Post

Rusiyadan Türkiyəyə: “Mümkün deyil”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Rusiyadan Türkiyəyə: "Mümkün deyil"

Lənkəranskinin yerinə onu gətirdilər

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.