“Ermənistan üçün nə iqtisadi, nə siyasi, nə də hərbi anlamda Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqına
qoşulmaqda heç bir məntiq yoxdur”. Musavat.com-un məlumatına görə, bunu Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, 1992-94-cü illərdə prezidentin xüsusi nümayəndəsi olmuş politoloq David Şahnazaryan Ukraynanın “Zerkalo nedelyi” nəşrinə açıqlamasında deyib.
qoşulmaqda heç bir məntiq yoxdur”. Musavat.com-un məlumatına görə, bunu Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, 1992-94-cü illərdə prezidentin xüsusi nümayəndəsi olmuş politoloq David Şahnazaryan Ukraynanın “Zerkalo nedelyi” nəşrinə açıqlamasında deyib.Onun fikrincə, bu mövqeyi qeyri-rəsmi olaraq Serj Sərkisyan komandasının bir çox üzvləri də bölüşür: “Lakin Azərbaycanla kövrək barışıq vəziyyətində olan Ermənistanda Rusiya təhlükəsizliyin qarantı kimi qəbul edildiyindən, Sərkisyanın qərarları kütləvi etirazlar doğurmadı. Əvəzində isə İrəvan “Yol xəritəsi” üzərində işləri davam etdirdi və apreldə yekunlaşdırdı”.
Şahnazaryana görə, Dağlıq Qarabağ konflikti zonasının hərbiləşdirilmsini sülhməramlılıqla “zənginləşdirməklə” Moskva özünün təkbaşına vasitəçiliyi hesabına Minsk Qrupunun funksiyasını mənimsəməyə çalışır. “Məqsəd münaqişədən yararlanaraq Azərbaycana təzyiq eləmək və Bakını özünün imperiya layihələrinə cəlb eləməkdir. Ona görə də heç təsadüfi deyil ki, erməni cəmiyyətində ovqat dəyişməyə başlayıb. İndi belə bir dərk üstünlük təşkil etməkdədir ki, Rusiya Ermənistan üçün heç də təhlükəsizlik qarantı deyil, əksinə – təhlükədir”, – deyə politoloq vurğulayıb.



