Rusiyaya nə indi, nə də keçmişdə, heç vaxt Ukrayna ilə konflikt lazım olmayıb. Musavat.com-un məlumatına
görə, bu sözləri tanınmış şərqşünas, Rusiyanın keçmiş Xarici Kəşfiyyat Xidmətinin rəhbəri və sabiq xarici işlər naziri Yevgeni Primakov RTR-in efirində deyib.
görə, bu sözləri tanınmış şərqşünas, Rusiyanın keçmiş Xarici Kəşfiyyat Xidmətinin rəhbəri və sabiq xarici işlər naziri Yevgeni Primakov RTR-in efirində deyib.Primakov Rusiyanın Qərblə münasibətlərinin qırılmasında maraqlı olmadığını xüsusi vurğulayıb: “Rusiya barışığa getməyə məcburdur, əks halda, bizi Qərblə münasibətlərin tam pozulması gözləyir, biz isə buna hazır deyilik. Başlıca səbəb – texnoloji geriliyimizdir, hansını ki, yalnız Qərbin köməyi ilə aradan qaldıra bilərik”.
Eks-XİN başçısına görə, Rusiya suveren dövlətin ərazisinə qoşun yeritməyin bütün nəticələrini gözəl başa düşür – Rusiyanın Avropa ilə yaxınlaşmasına ümidlərin puç olması, təzə-təzə ABŞ-ın protektoratından çıxmaqda olan Almaniya ilə əlaqələrin itməsi, Qərb ölkələrinin işğalçı olmaq istəməyən Rusiya qarşısında birləşməsi…
“İndi biz sanki qıraqda qalmaqla və Ukraynanın suverenliyinə hörmət eləməklə münaqişənin bütün tərəfləri ilə anlaşma əldə eləməliyik”, – deyə Primakov qeyd edib. O, Rusiya KİV-lərini də sərt tənqid edib. “KİV-lər hadisələri elə işıqlandırdılar ki, sanki ölkə müharibəyə hazırlaşır” – əlavə edib o.



