Rusiya hərbçilərinin Ukraynada törətdiyi qarətləri əks etdirən yeni videolar yayılıb.
Elchi.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu dəfə kameralar Rusiya hərbçilərinin Kiyev vilayətinin İrpin şəhərində ukraynalıların mənzillərini qarət etməsini lentə alıb.
Görüntülər “Synergy” yaşayış kompleksinin evlərindən birində qeydə alınıb.






