Rusiya ilə hər hansı qarşıdurma və yeni “soyuq” müharibə istəmir.
Rusiya KİV xəbər verir ki, bunu “Welt” nəşrinə müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
“Biz Rusiya ilə münaqişə axtarmırıq, “soyuq” müharibə istəmirik”. Hazırda Polşa və Baltikyanı ölkələrində gördüyümüz işlər hərbi qüvvələrin sayının artırılması ilə bağlı deyil. Biz, həmçinin Rusiyanin hər hansı NATO-ya üzv ölkəyə hücum etmək niyyətində olduğunu da düşünmürük. Siyasi dialoq üçün aramızda diplomatik kanalların açıq olması olduqca vacibdir. Kiməsə qarşı nüvə silahından istifadə etməkdən də söhbət gedə bilməz. Lakin hələ ki dünyada bu silah qaldıqca, NATO nüvə Alyansı olaraq qalacaq”, – deyə Stoltenberq vurğulayıb.




