Vaşinqtonun Tehrana ünvanladığı çağırışlara baxmayaraq, İran Rusiyaya Ukraynada istifadə edə biləcəyi yüzlərlə pilotsuz uçan aparat satıb.
Bu barədə AR Qərb kəşfiyyatına istinadən məlumat yayıb.
Bildirilir ki, İrana qarşı sanksiyaların ləğvi Rusiyaya Ukraynadakı hərbi əməliyyatları gücləndirməyə, neft və digər məhsulların satışının qaçaqmalçılıq yolu ilə artmasına səbəb ola bilər. Bu isə Rusiyaya AB-nin tətbiq etdiyi məhdudiyyətlərdən yayınmağa şərait yarada bilər.
Qeyd edək ki, daha öncə də yayılan məlumatlarda İranın Rusiyanı “Şahin” PUA-ları ilə təmin etdiyi bildirilib.
Kəlbəcərin Baş planı təsdiqləndi
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib. Elchi.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Bildirilib...




