Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin müavini Andrey Rudenko İsrailin Moskvadakı səfiri Aleksandr Ben Zvini qəbul edib. Elchi.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşün İsrail səfirinin xahişi ilə baş tutduğu qeyd edilir. Tərəflər qarşılıqlı maraq doğuran məsələlər, eləcə də qlobal gündəmdə olan aktual mövzular ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, oktyabrın 16-da Rusiya lideri Vladimir Putin İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı aparıb. Söhbət zamanı prezident israilli həmkarına Rusiyanın vəziyyətin normallaşmasına və daha da gərginləşməsinin qarşısını almaq üçün atdığı addımlar barədə məlumat verib.
Havar Şəfiyeva






