"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rusiya KİV-ində Paşinyanla bağlı ifşaedici məqalə

19 İyun 2018 - 08:45
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Rusiya KİV-ində Paşinyanla bağlı ifşaedici məqalə

“Kolokol Rossii” internet qəzetində “Ermənistanın Paşinyan xəstəliyi” sərlövhəli məqalə dərc olunub.

Elchi.az AzərTAc-a istinadən Aleksandr Nikişin olan məqaləni təqdim edir.

– Ermənistanın yeni hökumətində Avropa qlobalist strukturlarının və Sorosun Açıq Cəmiyyət Fondunun adamları təmsil olunublar və bu da Rusiya, ABŞ və İsrailin böyük narazılığına səbəb olub. Yerevandakı hadisələr hamıdan çox Rusiyanın xoşuna gəlməyib. İş hətta mitinq iştirakçılarının və Paşinyanın gizlədə bilmədikləri rusofob əhval-ruhiyyəsində də deyil. Əgər bütün bəyanatlar gerçəkləşsə, regionu nəticəsi proqnozlaşdırıla bilməyən yeni irimiqyaslı müharibə gözləyir ki, bu da əsla Rusiyanın ürəyincə deyil. Paşinyanın məsuliyyətsiz bəyanatları və hərəkətləri dərhal reaksiyaya, təkcə Qarabağda deyil, Naxçıvanla sərhəddə də vəziyyətin gərginləşməsinə səbəb olub. Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentinin direktorunun müavini Artyom Kojin mətbuat konfransında Ermənistanın indiki hakimiyyətini kəskin tənqid edərək deyib: “Ümumiyyətlə, məsələn, bu məsələyə dair əsası ATƏT tərəfindən qoyulmuş müvafiq relsə uyğun gəlməyən gurultulu bəyanatlar yəqin ki, qeyri-konstruktivdir”.

Müəllif yazır ki, indi Ermənistanda mülkiyyət yenidən bölüşdürülür. Bu, ilk növbədə, Rusiya şirkətlərinin biznesinə təsir göstərib. O yazır: “Elektromaydan”dan sonra “Vahid Enerji Sistemi” Rusiya Səhmdar Cəmiyyəti Sarkisyanın xahişi ilə iki aktivini – “Ermənistan elektrik şəbəkələri” Qapalı Səhmdar Cəmiyyətini və “Razdan” istilik elektrik stansiyasını Rusiyanın digər şirkətinə, amma sahibi artıq erməni olan “Taşir” şirkətinə verib. “Taşir” daha bir aktivin – “Yüksəkgərginlikli elektrik şəbəkələri” QSC-nin əldə edilməsi üçün Ermənistan hökuməti ilə müqavilə imzalayıb. Amma 2018-ci il mayın 30-da həmin müqavilənin pozulduğu elan edilib. Səbəb də bu olub ki, müqavilə “Ermənistan üçün əlverişsizdir”. Aktivlər Paşinyanın sponsoru, oliqarx Qagik Sarukyana verilib. Ermənistanda qazpaylayıcı aktivləri olan Qazprom üçün də böyük problemlər yaranıb. “Ermənistan dəmir yolu” QSC-nin idarəetməsində Rusiyanın Cənubi Qafqaz Dəmir Yolunun xidmətlərindən imtina edilib.

Müəllif Ermənistanda Rusiya kapitalı ilə işləyən digər şirkətlər, habelə Rusiyanın xırda biznesi üçün də ciddi problemlərin yarandığından yazır. Qeyd edir ki, onları milliləşdirmə bəhanəsi ilə sadəcə yerli oliqarxların xeyrinə tutub alacaqlar. Məqalədə deyilir: “Rusiya telekanallarının yayımının qadağan edilməsi barədə məsələ müzakirə olunur. Söz Azadlığının Müdafiəsi Komitəsinin sədri Aşot Məlikyan deyib: “Rusiyanın istər ölkə daxilində, istərsə də keçmiş Sovet İttifaqı ölkələrində həyata keçirdiyi imperiya təbliğatı bu ölkələrə öz təsirini qoruyub saxlamağa çalışır. Bununla belə, biz bu ölkənin öz iqtisadiyyatını necə inkişaf etdirdiyini, insan hüquqları baxımından hansı uğursuzluqlarla üzləşdiyini görürük. Buna görə də Rusiya rəhbərliyi belə təbliğatın köməyi ilə bunu ört-basdır etməyə çalışır”. Ermənistanın təhsil və elm naziri Araik Arutyunyan Kiril əlifbasını “zibil əlifba” adlandırıb və sənədlərin rus dilində yazılmasını qadağan edib. Bütün bunlar cəmi bir ay ərzində baş verib. Bu gedişlə Ermənistan qısa müddətdən sonra Avrasiya İqtisadi İttifaqından və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxıb Avropaİttifaqına və NATO-ya daxil olmaq istədiyini bildirəcək.

Rusiyadakı erməni diasporundan danışan müəllif yazır ki, onlar Mixail Leontyevin iştirak etdiyi efirlərə etiraz etmək üçün “Komsomolskaya pravda” qəzetinin redaksiyası qarşısında qanunsuz mitinqlərə toplaşır, pisləmək, bağlamaq, işdən kənarlaşdırmaq üçün, hamının üzr istəməsi və tövbə etməsi üçün bütün mümkün vasitələrlə böyük təzyiq göstərirlər. Məqalədə deyilir: “Yaxşı ki, güllələməyi tələb etmirlər. Budur erməni demokratiyası. Demək istəyirsən ki, əgər belə cəsursunuzsa, nə üçün Qarabağ cəbhəsində, yaxud Hələbdə İŞİD-in (təşkilat Rusiyada qadağan edilib) mövqeləri qarşısında mitinq etmirsiniz? Bunun müqabilində siz Leontyevin iştirakı ilə bir neçə radio verilişindən bəzi məqamları kəsib təxribat xarakterli 6 dəqiqəlik parça düzəldirsiniz və incidilmişlər rolunda çıxış etməyə çalışırsınız. Mixail Leontyev çox emosional şəkildə həqiqəti dedi. Bəli, fikirlərinin deyiliş tərzi kobud idi, amma məzmunu həqiqət idi. Hər bir rusiyalı və erməni ürəyinin dərinliyində bunu bilir, amma ruslar heç kəsi incitməmək üçün tolerantcasına bu mövzunun üstündən sükutla keçməyə çalışırlar. Leontyev isə baltanı kökündən vurdu. Yaxşı olar ki, rusiyalı ermənilər Ermənistanda və Qarabağda hadisələrin gözümüz qarşısında necə çalxalandığı barədə düşünsünlər. Xankəndidə cavanlar güc strukturlarının nümayəndələri ilə dalaşırlar, güc orqanlarının istefası və buraxılması tələbləri ilə nümayişlər keçirilir, onların öz “maydanı” başlayır. Yerevanın özündə mitinq edənlər artıq bütün ermənilərin Ali Patriarxı və Katolikosu II Qareginin devrilməsini tələb edirlər. İş o yerə gəlib çatıb ki, tezliklə Şərqin ən qədim xristian kilsələrindən birinin başçısını Soros funksionerləri təyin edəcəklər. Eyni zamanda, gənc ermənilər fəxr edirlər ki, erməni Kim Kardaşyan qaradərili reperə ərə gedib, digər bir erməni – Aleksis Ohanyan kişi sifətli, qaradərili Serena Uilyamsın əri olub. Belə olan halda hansı milli identiklikdən, milli və dini adətlərdən söhbət gedə bilər? Böyük müharibə ehtimalı ətrafında çox təhlükəli oyunlar gedir. Çoxlu qan tökülə bilər, amma elə bu vaxt “sivil” Avropada kimsə şampan partlatmağa hazırlaşır”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İngiltərə son anda qələbə qazandı – Yenilənib

Next Post

Menbiçdə birgə hərbi əməliyyat başladı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Menbiçdə birgə hərbi əməliyyat başladı

Elçibəyin Kələkiyə qəfil gedişinin səbəbi - VİDEO

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.