NATO Qəzzada humanitar məsafənin uzadılmasını tələb edir
“Mən Qəzzada humanitar fasilənin uzadılmasına çağırıram” dedi Stoltenberq.
Elchi.az xəbər verir ki, Rusiya ordusu Ukrayna Silahlı Qüvvələri üçün pilotsuz uçuş aparatları istehsal edən Kiyev Culyanı hava limanı yaxınlığında yerləşən strateji təyyarə zavoduna raket zərbəsi endirib.
RİA Novosti agentliyinin Kiyev kəşfiyyatına istinadən verdiyi xəbərə görə, noyabrın 24-nə keçən gecə Kiyevdə hərbi obyektlərə silsilə hücumlar həyata keçirilib.
Rusiya raketlərinin hədəfi mülki aviasiya obyekti kimi tanınan 410 saylı zavod olub. İddialara görə, burada Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün pilotsuz uçuş aparatları istehsal olunurdu. Raket hücumlarında obyektə böyük ziyan dəydiyi bildirilib.
Yayımlanan görüntülərdə əvvəlcə obyektin yaxınlığındakı Ukrayna hava hücumundan müdafiə zenit sistemlərindən atılan raketlərin səsləri eşidilir, daha sonra parlaq işıqlar görünür və partlayış səsləri eşidilir.
“Mülki Aviasiya Zavodu 410” dövlət müəssisəsi təyyarələrin, helikopterlərin və təyyarə mühərriklərinin tikintisi, təmiri, texniki xidməti və müasirləşdirilməsi ilə məşğul olur.
Obyekt Ukrayna hökuməti tərəfindən təsdiq edilmiş strateji əhəmiyyətli müəssisələrin siyahısındadır. Şirkət 2015-ci ildən Ukroboronprom hərbi dövlət şirkətinin tərkibində xidmət göstərir.
Bir ay əvvəl Xarkovda tank zavoduna raket hücumu həyata keçirilib və fabrikə ciddi ziyan dəydiyi bildirilib.
Şayəstə Hüseynova






