Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukraynanın iki “Qrom-2” operativ-taktiki raketini ələ keçirib, fraqmentlər Krımın Cankoy rayonu ərazisinə düşüb.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Oktyabrın 1-də Moskva vaxtı ilə saat 13:00 radələrində Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki hədəflərə iki “Qrom-2” əməliyyat-taktiki raketi ilə terror aktı törətmək cəhdinin qarşısı alınıb. raketlər havada növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən aşkar edilərək tutuldu.Vurulan Ukrayna raketlərinin fraqmentləri Cankoy rayonu ərazisinə düşüb”, – deyə idarədən bildirilib.
Nuranə Məmmədova




