Rusiya Xarici İşlər Nazirliyi Litvanın Moskva səfirliyində çalışan diplomatı “persona non grata” elan etdiyini bildirib.
Elchi.az “Trthaber.com.tr”-yə istinadən xəbər verir ki, nazirlikdən verilən yazılı açıqlamada, Litvanın dekabrın 1-də Rusiya diplomatını “persona non grata” elan etməsinə qərar verdiyi xatırladılıb.
Sözügedən qərarın əsassız olduğu bildirilən açıqlamada Litvanın Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili Yurqita Cibulskienenin nazirliyə çağırıldığı qeyd edilib.
Açıqlamada səfirə etiraz notası verilib. Buna cavab olaraq Litva səfirliyindəki diplomatlardan biri persona non grata elan edilib. Bu diplomat 5 gün ərzində Rusiya Federasiyasını tərk etməlidir”.
Yeganə





