"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rusiya mətbuatı Sarkisyanı “vurdu”

20 Avqust 2014 - 22:29
in MANŞET

Rusiya qəzeti: “Ermənistan prezidenti Soçidəki Qarabağ sammitində elə bağırdı ki, doğrunun bağrı yarıldı”.img1619032

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Ermənistanın dövlət başçısı Serj Sarkisyanın BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qətnamələrinin indiyədək icra olunmamasında Azərbaycanı günahlandırması məsuliyyəti İrəvanın üzərindən atmaq cəhdi və təxribatdan başqa bir şey deyil.
Publika.az-ın məlumatına görə, bu barədə Rusiyanın “Tribuna” qəzetinin dərc etdiyi “Təhlükəli dezinformasiya” başlıqlı məqalədə bildirilir.
Müəllif Alesya Dovlatova yazır: “Serj Sarkisyanın səsləndirdiyi kimi bəyanatlara el arasında “oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı” deyirlər. Böyük siyasətdə isə bunun adı təxribatdır. Lakin məsələ ondadır ki, Ermənistan prezidenti bu təxribatçı bəyanatları haradasa İrəvanda və ya Gümrüdə öz tərəfdarlarının mitinqində deyil, Rusiyanın Soçi şəhərində, Rusiya və Azərbaycan prezidentləri ilə görüşdə səsləndirib. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr olunmuş bu görüşdə Rusiya vasitəçiliyi öz üzərinə götürmüşdü. Bu isə o deməkdir ki, Sarkisyanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini belə başa düşməsi bizim üçün də problemə çevrilə bilər”.
Rusiyalı jurnalist qeyd edir ki, bu yaxınlarda Soçidə aparılmış danışıqlarda prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının hələ 20 il əvvəl erməni qoşunlarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması barədə dörd qətnamə çıxardığını xatırladıb. Serj Sarkisyan isə cavab olaraq deyib ki, “qətnamənin tələbinə riayət edən tərəf varsa, o da Ermənistandır, çünki o, hərbi əməliyyatların dayandırılması üçün öz təsir imkanlarından istifadə edib”.
“Ermənistan prezidentinin nümayişkaranə şəkildə səsləndirdiyi versiyaya görə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhz Azərbaycan əməl etmir. Lakin axı Azərbaycan bu qətnamələrin dinc yolla icrasına necə səbəb ola bilərdi? Yoxsa o, özünün qanuni torpaqlarından, ümumiyyətlə, əl çəkməli idi? Bəlkə torpaqlarının iyirmi faizini qonşuya bağışlamalı idi?” – deyə jurnalist soruşur.
A.Dovlatova hesab edir ki, S.Sarkisyan belə təxribatçı bəyanatlar verməklə Rusiyanı öz yaxın müttəfiqləri ilə təhlükəli oyuna sürükləməyə çalışır. Müttəfiqlər sırasına isə müəllif təkcə Avrasiya İttifaqına qoşulmağı hazırlaşan Ermənistanı deyil, həm də Rusiya ilə “gerçək mehriban münasibətlər” quran, “rus məktəblərini və qəzetlərini bağlamayan, “sovet işğalı muzeyləri” yaratmayan və ümumiyyətlə, antirusiya təbliğatı aparmayan, əksinə uğurlu siyasi islahatlar yürüdən, on il ərzində böyük iqtisadi uğurlara nail olan” Azərbaycanı aid edir. “Bu gün Azərbaycan Rusiyanın vacib siyasi və iqtisadi tərəfdaşıdır”, – məqalədə vurğulanır.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Ebola virusu 1350 can alıb

Next Post

İlham Əliyev yolla bağlı sərəncam imzaladı

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

İlham Əliyev yolla bağlı sərəncam imzaladı

Gülün vida görüşü

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.