Meşə yanğınlarının söndürülməsinə kömək etmək üçün iki Be-200ChS amfibiya təyyarəsi Türkiyəyə uçub. Elchi.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin “Telegram” kanalında məlumat verilib.
Agentliyin məlumatına görə, təyyarələr Rostov-na-Donun Platov hava limanından Muğla və İzmir şəhərlərinə qalxıb. Qeyd olunur ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin aviasiya qrupu çətin şəraitdə işləməyə hazırdır.
Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan meşə yanğınlarının söndürülməsi üçün Rusiyadan təyyarə almaq istədiyini açıqlayıb.
Havar Şəfiyeva




