"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rusiya meydana girir: “Kürdüstan” silinir – Politoloq

27 Sentyabr 2017 - 10:19
in aktual-banner, Banner, Cebhe-banner

Müstəqil kürd dövlətinin yaranmasına qarşı çıxanların siyahısına Türkiyə, İran, İraqla birlikdə, dördüncü dövlət də daxil ola bilər.

Bu sözləri politoloq Qabil Hüseynli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə keçirəcəyi görüş haqda fikirlərini Axar.az-a bölüşərkən deyib. Onun sözlərinə görə, Türkiyə, İraq, İran kimi Rusiyanın da kürd dövlətinin yaranmasına müdaxiləsi mümkündür:

Bunu da oxuyun

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında çox aktual bir görüş gözlənilir. Çünki Yaxın Şərqdə ABŞ, İsrail və başqa bir sıra bu kimi dövlətlər var ki, sərhədləri yenidən biçmək fikrinə düşüblər. Hazırda ən təhlükəlisi kürd dövlətinin yaradılmasından ibarət ideyadır. Düşünürəm ki, Kürd Muxtariyyətinin lideri Bərzaninin özündənrazı şəkildə belə bir referendum keçirməsi ona verilən gizli dəstəklə bağlıdır. İndi bölgə dövlətləri yeni bir davakar dövlətin yaranmasının, həmçinin, İraqın tarixi sərhədlərinin pozulmasının qarşısını almaq üçün bir araya gəliblər. Söhbət İran, İraq və Türkiyədən gedir ki, artıq buraya Rusiyanın da daxil ola biləcəyini söyləmək mümkündür. Çünki Rusiya İraqın ərazi bütövlüyünü dəfələrlə təsdiqləyib”.

Politoloq bildirib ki, bölgədə artıq Türkiyə, İraq və İran arasında ciddi razılaşma əldə edilib:

“Rusiyanın da bu razılaşmaya qatılması, xüsusilə dünən Rusiya Xarici İşlər naziri Sergey Lavrovun İraqın ərazi bütövlüyü ilə bağlı bəyanat verməsi, Suriya daxil olmaqla, Yaxın Şərq dövlətlərinin ərazi bütövlüyü uğrunda mübarizəyə dördüncü dövlətin daxil ola biləcəyindən xəbər verir. Söhbət prinsipcə mərkəzi qüvvələr nisbətinin yaranmasından gedir. Bir tərəfdə Amerika, İsrail və onların tərəfində olan əsasən Qərb dövlətləridir, digər tərəfdə isə NATO üzvü olan Türkiyə, İran, İraq və Rusiya… Zənnimcə, Rusiyanın bu proseslərə müdaxilə etməsi işləri daha da canlandıracaq və İraqın ərazi bütövlüyünü bərqərar etmək mümkün olacaq. Hətta referenduma gedən şəxslər Bərzani başda olmaqla başa düşməlidir ki, onlar əllərində olan torpaqlardan da məhrum ediləcəklər və Səddam Hüseyndən sonrakı xaosdan istifadə edərək yaratdıqları muxtar qurumu itirəcəklər. Bölgədə kürdlərin süni şəkildə işğal etdikləri Kərkük və digər İraq torpaqlarının hamısı öz çərçivəsində qaydaya salınacaq. Kürd mahalına sonradan gəlmiş, xüsusilə PKK ilə bağlantıları olan müxtəlif qüvvələrin də ölkə ərazisindən çıxarılması prosesinə başlanacaq. Bu proses İraqın ərazi bütövlüyünü qoruyub saxlamaqla yanaşı, bu ərazilərdə məskən salmış separatçı qüvvələrin də axırına çıxacaq və bölgədə əvvəlkinə nisbətən xeyli sabit proseslər hökm sürəcək”.

Qeyd edək ki, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışıqları aparıb. Tərəflər İraq Kürd Muxtariyyətində keçirilən referendumla bağlı danışaraq, İraq və Suriyanın ərazi bütövlüyünü dəstəklədiklərini vurğulayıblar.

İki lider sentyabrın 28-də baş tutacaq görüşdə son olayları və ümumi məsələləri müzakirə etmək barədə razılaşıblar.

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İsmayıllıda dəhşətli qəza – 7 nəfər öldü

Next Post

Suraxanıda dəhşət — Qatar relsin üstündə yatan kişini əzdi

Bənzər yazılar

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

06 May 2024 - 11:51

İsrail Müdafiə Ordusu Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində əməliyyata başlayıb. Elchi.az  xəbər verir ki, bu barədə məlumatı newsru.co.il yayıb....

Omeqa-3 kimlərə zərər verə bilər?

Omeqa-3 kimlərə zərər verə bilər?

05 May 2024 - 13:57

ACS: Omeqa-3 insulinin səbəb olduğu amiloidozda hüceyrə zədələnməsinə səbəb ola bilər. Elchi.az xəbər verir ki, balıqdan alınan sağlam doymamış yağlar zəhərli...

Next Post

Suraxanıda dəhşət — Qatar relsin üstündə yatan kişini əzdi

Bu gün "Qarabağ" Bakıda "Roma"nı qəbul edəcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.