“Çar Rusiyası dağılma ərəfəsində Cənubi Qafqazda etnik zəmindəki münaqişələrin müəllifinə çevrildi.
Daha sonra, SSRİ quruldu, lakin SSRİ da sələfinin qoyduğu mirasdan bəhrələndi”.
Elchi.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Aqşin Kərimov FB hesabında qeyd edib:
“SSRİ-nin dağılması ərəfəsində isə milli konfliktlər alovlandı, SSRİ rəqibləri də bundan faydalandı və proseslər SSRİ-nin sonunu gətirən faktorlardan birinə çevrildi.
Növbəti mərhələdə SSRİ-nin davamçısı Rusiya da eyni siyasətə sadiq qaldı.
Rusiya indi də Ukraynada müharibə aparır və əlində yenə də milli əsaslı münaqişələri kart kimi saxlayır.
Sual budur: Rusiya uduzsa, hansı bölgələrdə etnik kartları oynayacaq?
Rusiyanın ambisiyaları kiçilsə belə, o, “milli mübahisələr” şakərindən əl çəkəcəkmi?
Əl çəkməsə hansı güclər, milli ruhun alovlanmasından necə faydalanacaq”.
Yeganə





