Rusiya Müdafiə Nazirliyi Ukraynanın pilotsuz uçuş aparatları (PUA) ilə Moskvaya “terror hücumu” həyata keçirdiyini bildirib.
Elchi.az xəbər verir ki, Nazirlik, Moskvaya edilən pilotsuz təyyarə hücumları ilə bağlı açıqlamasında, “Kiyev rejimi bu gün səhər saatlarında pilotsuz təyyarələrlə Moskvadakı obyektlərə terror hücumu həyata keçirdi” ifadəsi istifadə edilmişdir.
Açıqlamada bildirilib ki, hücumda 8 təyyarə tipli PUA iştirak edib və bütün İHA-lar vurulub. 3 PUA-nın hədəflərindən yayındırıldığı və idarəetməni itirdiyi bildirilən açıqlamada, “Moskva bölgəsində 5 İHA Pantsir-S hava hücumundan müdafiə raket sistemi ilə vuruldu” bəyanat daxil edilmişdir.
Səhər saatlarında Rusiyanın paytaxtı Moskvaya PUA-larla hücumlar təşkil edilib və bəzi binalar PUA-lar tərəfindən zədələnib.
Şayəstə Hüseynova





