Rusiya Müdafiə Nazirliyinin mətbuat katibi İqor Konaşenkov bəyan edib ki, onlar Odessa şəhəri yaxınlığında və Kirovoqrad vilayətindəki bazada Ukrayna ordusunun hərbi obyektlərini yüksək dəqiqlikli raketlərlə vurublar.
Elchi.az xəbər verir ki, Konaşenkov Rusiya ordusunun Ukraynadakı hərəkətləri ilə bağlı açıqlamalar verib.
Ordunun Ukraynada qarşıya qoyulan hədəfləri vurduğunu bildirən Konaşenkov, “Rusiya Silahlı Qüvvələri bu gecə Ukrayna Hərbi Hava Qüvvələrinin Odessa şəhəri yaxınlığındakı Kanatovo aviabazasında Ukrayna ordusunun sursat anbarlarına, yanacaq infrastrukturuna və hərbi sənaye obyektlərinə hücum edib. Kirovoqrad vilayətində dənizdən və havadan atılan yüksək dəqiqlikli raketlərlə “Hücumlar məqsədlərinə çatıb”. ifadəsini işlədib.
– “Xarkov vilayətində qatar stansiyasını ələ keçirdik”
Rusiya ordusunun Kupyansk istiqamətində hücum əməliyyatlarını “uğurla” davam etdirdiyini vurğulayan Konaşenkov gün ərzində rus qoşunlarının bu bölgədə bir kilometrdən çox, cəbhə boyu isə iki kilometr irəlilədiyini bildirib.
“İrəliləyən qoşunlar Xarkov vilayətində Malçanovo dəmiryol stansiyasını ələ keçirdilər”, – Konaşenkov bildirib.
Zaporojye vilayətində Ukrayna Silahlı Qüvvələrinin yanacaq və mineral neft bazasına zərbə endirdiyini qeyd edən Konaşenkov, Rusiya Hərbi Hava Qüvvələrinin Donetsk vilayətinin Razdolnoye qəsəbəsi yaxınlığında Ukrayna ordusuna məxsus Su-25 qırıcı təyyarəsini vurduğunu bildirib.
Konaşenkov Ukraynaya məxsus Mi-8 model hərbi helikopterin də Xarkov vilayətinin Kutkovka qəsəbəsi yaxınlığında hava hücumundan müdafiə sistemləri ilə vurulduğu barədə məlumat paylaşıb.
Şayəstə Hüseynova






