"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rusiya ordusu Xerson vilayətinin şimal-qərbindən geri çəkilir

04 Oktyabr 2022 - 19:00
in DÜNYA

“Ukrayna ordusu Xarkov əməliyyatına bənzər əməliyyat planını Xersonda uğurla təkrarlayaraq burada da sürətli həmlə ilə düşmənin gözləmədiyi istiqamətdən cəbhəni yarıb, 3 gün ərzində böyük bir ərazini işğalçılardan azad etməyə nail oldu”.

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Elchi.az xəbər verir ki, bu barədə siyasi şərhçi Şahin Cəfərli FB hesabında qeyd edib:

“Rusiya Baş Qərargahı əlbəttə ki, cənub cəbhəsində hər an böyük hücum gözləyirdi, amma onlar əsas zərbənin Xerson şəhərinin qərbindən bilavasitə bu vilayət mərkəzinə endiriləcəyini güman edərək əsas qüvvələrini oraya toplamış, həmin istiqamətdə istehkamlar yaradaraq müdafiəni möhkəmləndirmişdi. Çünki Ukrayna ordusunun ən yaxın mövqeləri məhz şəhərin qərb hissəsində (təxminən 20 km aralıda) yerləşir.
Lakin Ukrayna komandanlığı əsas zərbəni şəhərə uzaq və daha az möhkəmləndirilmiş şimal istiqamətindən endirərək hərbi planlaşdırma və taktiki zəka sahəsində qarşı tərəfdən üstünlüyünü bir daha göstərmiş oldu.
Rusiya Hava Kosmik Qüvvələri öz quru qoşunlarına aviasiya dəstəyi verə bilmir. (Halbuki yaxınlıqdakı Krım aviabazalarla doludur.) Ərazidəki hərbçilərin sosial media vasitəsilə komandanlıqdan aviasiya dəstəyi tələb etməsi faktı var. Bu isə onun göstəricisidir ki, ön xəttin komandanlıqla (başqa sözlə, komandanlığın ön xətdəki birləşmələrlə) rabitə əlaqəsi pozulub. Rus hərbi blogerlərinin iddiasına görə, Ukrayna ordusu güclü radioelektron vasitələrdən istifadə edir.
İndi Rusiya komandanlığı “taktiki geriçəkilmə” edən qüvvələri ilə Berislav-Xerson (şəhər) xətti üzrə müdafiəni gücləndirməyə çalışır. Amma orada uzun müddət effektiv müqavimət təşkil etmələri mümkün deyil. Xerson vilayətinin bütün sağ sahil hissəsinin azad olunması yaxın həftələrin işidir.
Bununla yanaşı, hələ sağ sahil tam azad olunmadan Ukrayna qüvvələrinin Dneprin nisbətən ensiz yerindən sol sahilə keçməsi ehtimalı da var. Əgər bu riskli əməliyyatı gerçəkləşdirmək mümkün olarsa, bütövlükdə müharibənin aqibətini həll edəcək çox önəmli perspektivlər açılacaq. Çünki sol sahildə ümumiyyətlə, hər hansı müdafiə xətti, istehkam filan yoxdur.
Gözləyək…”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Xıdırlı kəndinin təməli qoyuldu

Next Post

“Ermənistanın son anda danışıqlardan çəkiləcəyi böyük ehtimaldır”-Politoloq

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post
“Ermənistanın son anda danışıqlardan çəkiləcəyi böyük ehtimaldır”-Politoloq

"Ermənistanın son anda danışıqlardan çəkiləcəyi böyük ehtimaldır"-Politoloq

Ağdamın daxili yol və kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Ağdamın daxili yol və kommunikasiya şəbəkəsinin təməli qoyuldu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.