Rusiyanın ən böyük dövlət aviasiya şirkəti olan Birləşmiş Təyyarə Korporasiyası orduya yeni Su-34 qırıcı-bombardmançı döyüş təyyarələrini təhvil verib.
Elchi.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Birləşmiş Təyyarə Korporasiyasına məxsus Novosibirsk V.P.Çkalov təyyarə zavodunda istehsalı başa çatdırılan bir qrup yeni Su-34 qırıcı-bombardmançı təyyarəsi yer və uçuş sınaqlarından sonra Rusiya Aerokosmik Qüvvələrinə təhvil verilib.
Yeni Su-34-lər yer və yerüstü hədəfləri vurmaq üçün artan məsafə və dəqiqliyə malik qabaqcıl silahlarla təchiz edilib.
Birləşmiş Təyyarə Korporasiyasının UAC baş direktoru Yuri Slyusar bildirib ki, şirkət gələn ilki proqramı həyata keçirməyə başlayıb və onlar döyüş təyyarələrinin istehsal həcmini əhəmiyyətli dərəcədə artıracaqlar.
Şirkət həmçinin hazırda istismarda olan təyyarələrin uçuşa yararlılığına texniki qulluq, təmir və modernləşdirmə işlərini də həyata keçirir.
Suxoy Eksperimental Konstruktor Bürosunda hazırlanmış Su-34 qırıcı-bombardmançı təyyarələri 1980-ci illərin ortalarından etibarən Rusiya Aerokosmik Qüvvələrində xidmətdədir.
Su-34-lər sonuncu dəfə 2014-cü ildə modernləşdirilib və yeni sursat növləri ilə təchiz edilib.
Ukrayna böhranında və xüsusi hərbi əməliyyat zonasında fəal şəkildə istifadə edilən təyyarələr əldə edilən yeni təcrübələrlə mütəmadi olaraq modernləşdirilir.
Nuranə Məmmədova






