Çərşənbə axşamı, iyunun 20-nə keçən gecə Rusiya işğalçı qüvvələri Ukraynaya növbəti irimiqyaslı hava və raket hücumu həyata keçirib.
Elchi.az tsn.ua-ya istinadən xəbər verir ki, bu barədə Baş Qərargahın xülasəsində məlumat verilib .
İlkin məlumata görə, işğalçılar İrana məxsus 30 “Şahed” pilotsuz təyyarəsini havaya buraxıblar. Hava hücumundan müdafiə qüvvələri 28 pilotsuz uçan aparatı vurub.
Gecə saatlarında Zaporojjya və onun ətrafına hava hücumu zamanı Rusiya Federasiyasının işğalçıları yeddi S-300 raketindən istifadə ediblər.
Nuranə Məmmədova




