Rusiyada ərzaq mağazalarından birində yerləşdirilmiş müşahidə kameraları polis əməkdaşının araq oğurluğunu qeydə alıb.

ANS PRESS-in məlumatına görə, Tverdə baş verən hadisə zamanı kadrlarda polis serjantı Oleq Zuyevin araq şüşəsini götürüb və onu geyimin altında gizlətdiyi görünür.
Bundan sonra polis çıxışa tərəf gedir. Burada isə onu mağazanın mühafizəçiləri gözləyirdi. Ərzaq dükanının əməkdaşı polisi yoxlamağa qərar verir və ona ciblərini göstərməyi xahiş edir. Ancaq xahişə cavab olaraq polis onlara yumruq atır. Bundan sonra serjant gizlənməyə çalışsa da dükanın əməkdaşları onu saxlaya bilib.
Faktla bağlı araşdırmalara başlanılıb.



