Rusiya Xarici İşlər Nazirliyi Birləşmiş Ştatları BMT Təhlükəsizlik Şurasının Fələstinlə bağlı qətnaməsinə veto qoyduğuna görə qınayıb. Elchi.az xəbər verir ki, mesaj departamentin saytında dərc olunub.
Departament dekabrın 8-də BMT Təhlükəsizlik Şurasında Qəzza zolağında atəşkəsin dərhal dayandırılmasını tələb edən qətnamə layihəsinin qəbulu ilə bağlı səsverməni şərh edib.
Xarici İşlər Nazirliyi münaqişənin davam etməsinin və fəlakətli dağıntıların səbəbi kimi ABŞ-ın veto qoymasını adlandırıb. Qeyd edək ki, Departament Fələstinin BMT-dəki daimi müşahidəçisi Riyad Mənsurdan sitat gətirib,
Hesabatda Birləşmiş Ərəb Əmirliklərinin hazırladığı qətnamə layihəsinin 102 ölkənin həmmüəllifi olmaqla 24 saatdan az bir müddətdə BMT-yə üzv ölkələrin əksəriyyətinin dəstəyini aldığı qeyd edilir. Dekabrın 8-də Təhlükəsizlik Şurasında keçirilən səsvermə zamanı 13 nümayəndə heyəti lehinə, Böyük Britaniya isə bitərəf qalıb.
Havar Şəfiyeva






