Rusiya növbəti dəfə “Qarabağ Azərbaycandır” bəyanatını verdi. Kremlin sözçüsü Peskov Qarabağa müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin gələcəyi ilə bağlı yalnız Azərbaycanla danışıqlar aparacaqlarını açıqlayıb.
Elchi.az xəbər verir ki, Rusiyadan Qarabağla bağlı son dəqiqə açıqlaması gəldi. Bəyanatda deyilir ki, “Qarabağ de-fakto və de-yure Azərbaycan ərazisidir”.
Kremlin sözçüsü Dmitri Peskov Qarabağa müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin gələcəyi ilə bağlı yalnız Azərbaycanla danışıqlar aparacaqlarını açıqlayıb.
Peskov bu ifadələrdən istifadə edib:
“Biz Ermənistanla Qarabağdakı rus sülhməramlılarının vəziyyətini müzakirə etməmişik. Çünki Qarabağ de-fakto və de-yure Azərbaycan ərazisidir. Biz sülhməramlıların gələcəyi ilə bağlı Azərbaycanla da danışıqlar aparacağıq”.
Şayəstə Hüseynova




