Krımdakı hərbi obyektlərdə partlayışların baş verməsilə əlaqədar Rusiya yarımadadan 10 qırıcısını çıxarmaq qərarına gəlib.
Bu barədə NATO-nun hesabatında qeyd olunub.
“Rusiya Ukraynadan gələcək hücumların qarşısını almaq üçün Krımdakı hava qüvvələrini geri çəkməyə başlayıb. Təyyarə itkilərinin qarşısını almaq üçün indiyədək 6 ədəd Su-35S və 4 ədəd MiQ-31BM yarımadadan çıxarılıb”, – məlumatda qeyd olunub.
Hesabatda bildirilib ki, hazırda Belbekdəki aerodromda Rusiyanın 32 qırıcısı yerləşir. Onların əksəriyyəti sovet istehsalı olan Su-27-lərdir. Yalnız məhdud sayda müasir Su-35S və MiQ-31BM-lər var.
Texasda daşqın: 1 uşaq öldü
ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...





