Novosibirsk vilayətində torpaq quraqlığına görə regional səviyyədə fövqəladə vəziyyət (ES) tətbiq edilib.
Elchi.az TASS- a istinadən xəbər verir ki, bu barədə regionun kənd təsərrüfatı naziri Yevgeni Leşçenko bildirib .
“Fövqəladə Halların Qarşısının Alınması və Yanğın Təhlükəsizliyinin Təmin edilməsi Komissiyasında regional səviyyədə fövqəladə vəziyyət rejiminin tətbiqi barədə qərar qəbul edilib.
Quraqlıq səbəbindən 2,35 milyon hektar sahədən 234 hektar sahədə əkin sahələri zərər çəkib, buna görə mürəkkəb aqrometeoroloji hadisələrə görə Rusiya vilayətinin 20 rayonunda fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Bundan əvvəl yanğınlarla əlaqədar Xabarovsk diyarının ərazisində fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Nuranə Məmmədova




