Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov deyib ki, ABŞ Moskvaya pilotsuz təyyarələrin hücumlarına məhəl qoymur və bununla da Ukraynaya Rusiya ilə münaqişəni davam etdirməyə icazə verir. Elchi.az bu barədə Lent.ru- ya istinadən xəbər verir.
Antonov bildirib ki, Vaşinqtonun insidentlə bağlı bəyanatları mahiyyətcə Kiyevin hərəkətlərini təşviq edir. O əlavə edib ki, Amerika administrasiyasının Ukraynanın Rusiya ərazisinə zərbələrini dəstəkləmədiyi barədə bəyanatlarına heç kim inanmır.
Səfir həmçinin ABŞ-ın qəsdən münaqişəyə cəlb olunmasından narahatlığını ifadə edərək, Rusiya ilə NATO arasında toqquşmanın Ukraynadakı milli radikalların köhnə arzusu olduğuna işarə edib.
Havar Şəfiyeva






