Rusiyanın Belçikadakı səfiri Aleksandr Tokovinin Rusiya ilə NATO arasında əlaqənin kəsildiyini açıqlayıb .
Elchi.az bu barədə RİA Novosti-yə istinadən xəbər verir .
NATO-nun Vilnüsdə keçiriləcək sammitini şərh edən rusiyalı diplomat qeyd edib ki, lazım gələrsə, alyansla əlaqə kanalı açıq qalır. Eyni zamanda, “praktiki baxımdan bu cür əlaqələr son vaxtlar həyata keçirilmir”, – Tokovinin vurğulayıb.
Səfirin sözlərinə görə, Rusiya-NATO Şurası faktiki olaraq fəaliyyətini dayandırıb, bu formatda sonuncu iclas 2022-ci ilin yanvarında keçirilib. Tokovinin etiraf edib ki, Moskva hazırkı vəziyyətdə NATO ilə əlaqə saxlamaq məcburiyyətində deyil.
Nuranə Məmmədova




