Rusiya səfirliyi İranda baş verən partlayışlarda rusların xəsarət almadığını bildirib.
Elchi.az xəbər verir ki, Rusiyanın İrandakı səfirliyi İsfahan şəhərində ölkənin Müdafiə Nazirliyinin anbarlarında partlayışların olması ilə bağlı xəbərlərə münasibət bildirib. İdarədən verilən məlumata görə, hadisə nəticəsində ciddi xəsarət alanlar, eləcə də insan tələfatı olmayıb.
“Hava Hücumundan Müdafiə Sisteminin (AD) işləməsi nəticəsində bir pilotsuz uçan aparat vurulub, daha ikisi tutularaq məhv edilib”, – səfirlikdən bildiriblər.
Eyni zamanda əlavə ediblər ki, İranda baş verən partlayışlar nəticəsində ruslar xəsarət almayıb.

– Biz İranın digər şəhərlərində də analoji hadisələrlə bağlı mediada yayılan məlumatları təhlil edirik. Rusiya Federasiyasının Rəşt və İsfahandakı Baş Konsulluqları ilə daim əlaqə saxlayırıq… Rusiya vətəndaşları arasında zərərçəkənlər barədə məlumat olmayıb. Rusiyanın İrandakı bütün xarici nümayəndəlikləri adi rejimdə işləyir, nazirliyin teleqram kanalı məlumat yayıb.
Xatırladaq ki, yanvarın 28-nə keçən gecə İRNA agentliyi İranın mərkəzindəki İsfahan şəhərində partlayış baş verdiyini bildirmişdi. Hadisə ölkənin Müdafiə Nazirliyinin müəssisələrindən birinin silah-sursat anbarında baş verib. İsfahan administrasiyası agentliyə bildirib ki, partlayış nəticəsində ölən yoxdur.
Şayəstə





