Rusiyanın “Pobeda” aviaşirkəti Rostov-Dondan Ermənistana olan reysləri ləğv etmək qərarına gəlib.
Axar.az xəbər verir ki, şirkət əməkdaşı “İnterfaks”a açıqlamasında bu qərarın Ermənistanın “Zvartnots” aeroportunda xidmət haqqının baha olması səbəbindən qəbul edildiyini deyib. Onun sözlərinə görə, “Pobeda”nın əməkdaşlıq etdiyi Avropa və MDB ölkələrinin aeroportlarında hər sərnişinə görə xidmət haqqı kimi şirkət 10 avro pul ödəyir:
“Bəzi aeroportlarda ümumiyyətlə xidmət haqqı alınmır. Ermənistanda isə bizdən hər sərnişinə görə 50 avro tələb edilir. Bu, bizim tariflərlə müqayisədə həddən artıq bahadır”.




