"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rusiya SOCAR üçün tarifləri kəskin artırır – 31 faiz

27 Mart 2015 - 22:51
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Rusiya SOCAR üçün tarifləri kəskin artırır - 31 faizRusiyanın Federal Tarif Şurası Bakı-Novorossiysk kəməri ilə neft nəqlinin tariflərini kəskin artırır.

Virtualaz.org saytı şuranın rəsmi saytına istinadən xəbər verir ki, kəmərlə 1 ton neftin nəqlinə görə tarif 149,95 rubl (31 faiz) artırılacaq və ƏDV xaric 634,54 rubl (bu günə olan kursla təxminən 11 dollar) təşkil edəcək.

Bu tarif Azərbaycan-Rusiya sərhədindən Novorossiysk limanına qədər qüvvədədir. Yanvarın 1-dən bu yana Azərbaycan neftinin şimal marşrutu ilə nəqli üçün tranzit haqqı 489,59 rubl təşkil edirdi.

Azərbaycan Bakı-Novorossiysk kəməri ilə  1997-ci ildən bu yana neft nəql edir. 2014-cü ildə SOCAR Novorossiysk limanından 932 min 155 ton neft yola salıb. Bu ilin yanvar-fevral aylarında isə şirkət kəmərlə 254 min 314 ton neft nəql edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 49,9 faiz çoxdur.

Azərbaycan neftinin Bakı-Novorossiysk kəməri ilə nəqli həmişə problemli və mübahisəli olub. Rusiyanın magistral neft kəmərlərinin operatoru “Transneft” şirkəti ilə bağlanmış müqaviləyə əsasən Azərbaycan bu kəmərlə ildə 5 milyon ton neft nəql etməli idi. Lakin Bakı-Novorossiysk kəməri ilə nəql edilən Azərbaycan neftinin həcmi heç vaxt bu həcmə çatmayıb. 2013-cü ilin mayında isə Rusiya hökuməti Bakı-Novorossiysk kəməri ilə neft nəqlinə dair bağlanmış müqaviləni ləğv etmək haqda qərar vermişdi.

SOCAR isə bəyan edirdi ki, Bakı-Novorossiysk kəməri ilə neft nəqlindən imtina edir. Çünki SOCAR-ın hasil etdiyi neft bütünlüklə emala yönəldiləcək. Şirkət bunu ölkə daxilində neft məhsullarına tələbatın artması ilə izah edirdi. 2014-cü ilin əvvəllərində – müqavilənin müddətinin başa çatmasına az qalmış “Transneft” şirkəti kəmərin Dağıstanın Azərbaycanla sərhədindən başlayan hissəsini sökməyə hazırlaşırdı ki, vəziyyət qəfildən dəyişdi.

SOCAR-la “Transneft” gözlənilmədən anlaşma əldə etdiklərini və kəmərlə neft nəqlini uzatmağa qərar verdiklərini açıqladılar. Beləliklə, Azərbaycan neftinin Bakı-Novorossiysk kəməri ilə nəqli davam etdi, ancaq yeni müqavilənin şərtləri dəqiq bəlli deyildi. Həmçinin tranzit tarifləri  və illik neft nəqli həcmi açıqlanmırdı.

Virtualaz.org

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Şəhid hərbçimiz Goranboyda dəfn edildi – FOTOLAR

Next Post

Bakıda döyüşdə idmançı öldü

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Bakıda döyüşdə idmançı öldü

Şəhid hərbçimiz Goranboyda dəfn edildi - (Fotolar)

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.