“Miq” korporasiyasının baş direktoru Sergey Korotkov Rusiyanın Suriyaya döyüş təyyarələri göndərməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.
Axar.az xəbər verir ki, Suriyaya MiQ-31 reaktivlərinin göndərilmədiyini deyən Korotkov Misirə təyyarə satışını da inkar edib: “Suriyaya döyüş təyyarələri göndərməmişik. Təyyarələri orada istifadə etmək kimi bir planımız yoxdur.
Hazırda sifariş portfelimiz 4 milyard dollardır. İstehsal gücümüz də artır. Bu il Müdafiə Nazirliyi və xarici müştərilərimiz üçün 32 təyyarə göndərəcəyik. Məsələn, Hindistan. Bu ölkəyə 8 təyyarə göndərəcəyik”.
67 DƏFƏ OXUNUB



