Yakutiyada Rusiyaya məxsus İl-18 hərbi təyyarəsi qəzaya düşüb.
Bu barədə informasiyanı TASS agentliyi özünün etibarlı mənbələrinə istinadən yayıb. Qəzaya düşən təyyarənin bortunda 39 nəfər hərbçi olub.
Onlardan yalnız 6 nəfərin sağ qaldığı bildirilir.
Təyyarənin qəzaya düşmə səbəbləri bilinmir.
***
Yakutiyada İl-18 təyyarəsinin qəza enişi zamanı 17 nəfər ağır yaralanıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumata görə, təyyarə 3 hissəyə parçalanıb, amma partlayış olmayıb.
Təyyarədə 32 sərnişin və 7 ekipaj üzvü olub.
“Təyyarə Tiksi aerodromundan 30 km aralıda qəza enişi edib. Təyyarə Kansk aeroportundan planlı uçuş həyata keçirirdi”, – Müdafiə Nazirliyindən verilən məlumatda qeyd olunub.




