Rusiyanın MiQ-31 qırıcısı Barents dənizi üzərində Norveç Hərbi Hava Qüvvələrinə məxsus R-8A Poseidon patrul təyyarəsini ələ keçirib. Elchi.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.
“Hava hədəfini müəyyən etmək və Rusiya Federasiyasının Dövlət Sərhədinin pozulmasının qarşısını almaq üçün növbətçi hava hücumundan müdafiə qüvvələrinə məxsus MiQ-31 təyyarəsi havaya qaldırılıb. Rusiya qırıcısının ekipajı hava hədəfinin Norveç Hərbi Hava Qüvvələrinə məxsus P-8A Poseidon patrul təyyarəsi olduğunu müəyyən edib”, – deyə Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Müdafiə Nazirliyi xarici təyyarənin dönüş etdiyini və Rusiya sərhədinin pozulmasına yol verilmədiyini vurğulayıb. Qeyd olunur ki, rus qırıcısının uçuşu beynəlxalq qaydalara ciddi riayət olunmaqla həyata keçirilib.
Havar Şəfiyeva






