"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rusiya Türkiyənin yanına qayıtmağa yol arayır – maraqlı gəlişmə

09 Yanvar 2016 - 22:45
in MANŞET

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

 Rusiya Türkiyənin yanına qayıtmağa yol arayır - maraqlı gəlişmə

Bölgədəki yeni situasiya Moskvanı Ankaraya qarşı siyasətə yenidən baxmaq zorunda qoyub; “Türk axını” layihəsi qayıda bilər, əgər…; Kreml daşları yığmağa başlayır?

Yemi 2016-cı il sözsüz ki, korlanmış Türkiyə-Rusiya münasibətlərindəki gəlişmələrlə diqqət çəkəcək. Bu gəlişmələr isə xeyli dərəcədə iki dövlətin Yaxın Şərq regionunda, Suriyada toqquşan maraqlarının inkişaf dinamikasından qaynaqlanacaq. Doğrudur, bir sıra analitiklər, o cümlədən ABŞ-ın nüfuzlu “Stratfor” şirkətinin təhlilçiləri iki güc arasında ziddiyyətlərin dərinləşəcəyini mümkün sayıblar, amma dərinləşən ziddiyyətlər praqmatik qərarlara vəsilə də ola bilər. 
 
Belə görünür, Rusiya isteblişmentində də vəziyyətin inkişaf ssenarilərini soyuq başla təhlil edib nəticə çıxaranlar yox deyil. Bu qənaəti Türkiyəyə münasibətdə son zamanlar şimaldan eşidilən nikbin və kövrək bəyanatlar gücləndirir. Məsələn, təzə ilin başlanğıcında “Qazprom” rəhbəri Aleksey Miller belə bir açıqlama ilə çıxış edib ki, “siyasi fikir ayrılıqları Rusiya və Türkiyənin enerji sahəsindəki layihələrinə təsir etməyəcək”. 
Miller tərəflər arasında imzalanan sazişlər çərçivəsində işləməyə davam edəcəklərini söyləyib, eyni zamanda ilin sonunadək Rusiya-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının bir araya gələcəyinə ümid etdiyini vurğulayaraq, “Türk axını” layihəsinin xüsusi əhəmiyyətə malik olacağını da qeyd edib.
***
Millerin Putinin ən yaxın ətrafına daxil olan ən nüfuzlu oliqarx-simalardan biri olduğu ciddiyə alınarsa, onun  açıqlamasını rəsmi Moskvanın Ankaraya münasibətində yumşaq ritorikaya keçmə istəyinin təzahürü kimi də qəbil eləmək olar.
Əlbəttə ki, heç şey səbəbsiz deyil. İş ondadır ki, beynəlxalq çaplı iqtisadçı-ekspertlər, lap elə rusiyalı müstəqil iqtisadçılar, o sırada keçmiş maliyyə naziri Aleksey Kudrin bu il Rusiya iqtisadiyyatında böhranın pik həddə çatacağı, rublun daha da dəyərsizləşəcəyi haqda bəd proqnozlar veriblər. Bu da öz növbəsində potensial sosial partlayış təhlükəsi deməkdir.
Kreml başçısı Putin üçün belə qorxulu vəziyyətdən iki çıxış yolu mümkündür: 1. Neoimperiya siyasətinə davam edib ölkəni böyük müharibələrə sürükləmək. 2.Ağır iqtisadi-maliyyə embarqoların götürülməsi üçün avantürist xarici siyasət kursundan əl çəkib nə qədər gec deyil, geri addım atmaq.
Birinci yol Putin komandası da daxil, Rusiyanı daha böyük fəlakətlərə soxa, imperiyanın çöküşünü sürətləndirə bilər. Qalır ikinci – praqmatik yol. Bundan ötrü isə öncə Türkiyə ilə qırılmış münasibətləri bərpa eləmək gərəkir.
***
Türkiyənin Rusiya üçün önəmi yeni İran-Səudiyyə Ərəbistanı qarşıdurması fonunda daha da artmış kimi görünür. Məsələ ondadır ki, bu konflikt İranla yanaşı, şimal qonşumuzun ərəb-islam dünyasında təklənməsinə aparıb çıxara bilər. Çünki Yaxın Şərq (Suriya, İŞİD, Bəşər Əsəd) məsələlərində Moskva ilə Tehran çoxdandır eyni – anti-Qərb, anti-Türkiyə siyasəti yürüdür, ərəb dövlətlərinin mütləq əksəriyyətinin maraqları əleyhinə siyasi-hərbi müttəfiqlik edirlər.
 
Aleksey Miller
Hazırda İranın ərəb dünyasında izolə edilməsi prosesi gedir. Analoji münasibət Rusiyaya qarşı mövcuddur və Kreml də sübhə yox ki, bunun fərqdindədir. Təsadüfi deyil ki, rəsmi Moskva Səudiyyə-İran qarşıdurmasında açıq şəkildə ikincinin tərəfini tutmaqdan imtina etdi və balanslı mövqe tutmağa çalışdı.
Bundan əlavə, ər-Riyadın islam koalisiyası (əslində vahid islam ordusu) yaradılması ilə bağlı irəli sürdüyü təşəbbüs də yenə məhz Tehran və Moskvanın regional proseslərə müdaxilə imkanlarını sıfırlamaq niyyəti güdür. Koalisiyada nüvə dövləti Pakistanla regional supergüc Türkiyənin təmsilçiliyi öz-özlüyündə çox şeyi deyir…
Bu və digər sərt reallıqlar, o cümlədən İran kimi təklənmək və bölgədə arzuolunmaz dövlətə çevrilmək təhlükəsi, habelə digər regional güc İsrailin Türkiyəyə yaxınlaşması və islam koalisiyasına virtual dəstəyi Rusiyanı regionda öz siyasətinə yenidən baxmaq, ən azından Türkiyəyə münasibətdə aqressiv siyasətə düzəlişlər eləmək və ənənəvi sərt ritorikanı yumşalmaq zorunda qoyur.
***
Təbii ki, Moskva ilə münasibətlərin yaxşılaşması Türkiyəyə də gərəkdir. Söhbət təkcə qarşılıqlı iqtisadi-ticari mənfəətlərdən, o cümlədən energetik sahədə, turizm sektorunda, insani münasibətlər sferasında situasiyanı təcili qaydaya salmaq zərurətindən getmir. Həm də ondan gedir ki, iki ölkə arasında əlaqələrin zəruri səviyyədə olması qardaş ölkənin Qərb qarşısında manevr imkanlarını artırar, onun xarici siyasət kursuna əlavə çeviklik və dinamiklik gətirərdi. Paralel surətdə Güney Qafqaz regionunda Rusiyadan ötrü erməni amilinin əhəmiyyəti kiçilmiş olar, bölgədə yeni müharibə riskləri azalar, Dağlıq  Qarabağ məsələsinin həlli prosesi pozitiv impulslar qazanardı.
Söz yox ki, tərəflər arasında əlaqələrin səviyyəsi tezliklə “Su-24″ insidentindən əvvəl mövcud olmuş vəziyyətə qayıtmayacaq. Ancaq diplomatik münasibətlərin qalması, səfirlərin geri çağırılmaması, Türkiyəyə qaz təchizatının dayanmaması və 2016-cı il üçün Rusiya ilə bağlı səslənən kritik iqtisadi proqnozlar söyləməyə əsas verir ki, hər halda ”atdığı daşları” Kremlin yığmağa başlayacağı gün uzaqda deyil.
İstənilən variantda güman eləməyə əsaslar güclüdür ki, Moskva Ankara ilə əlaqələri bundan da çox pisləşdirməyə getməyəcək. Demək, onun Türkiyədən “Su-24″ olayına görə hansısa hərbi xarakterli revanş almaq planlarının önəmi də getdikcə azalır ki, artmır. Sonuncu qənaətin xeyrinə işləyən mühüm faktorlardan biri də Moskvanın ”Türk axını” layihəsinə yeni nəfəs vermək istəyidir ki, “Qazprom” rəhbəri bunu dilə gətirib.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Prezident devalvasiya böhranı ilə bağlı sərt addımlara başlayır

Next Post

Deputatdan nazirliyə sərt ittihamlar – “Süni qiymət artımına şərait yaradırlar”

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Deputatdan nazirliyə sərt ittihamlar - "Süni qiymət artımına şərait yaradırlar"

13 minlik maşın 36 minə başa gəlir… - Kredit labirinti

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.