Rusiya Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Dmitri Biriçevski 2024-cü ildən sonra Ukrayna ərazisindən qaz tranzitinin davam etdirilməsi məsələsinə baxarkən Moskvanın nəyə arxalanacağından danışıb. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Biriçevski Ukrayna ərazisindən qaz tranzitinin davam etdirilməsi şərtinin adını çəkib və vurğulayıb ki, Moskva bu məsələni həll edərkən istehlakçı tələbini, həmçinin transsərhəd infrastrukturun işləkliyini nəzərə alacaq. “Ukrayna tranzitinin davam etdirilməsi məsələsinə baxılarkən, inandığım kimi, məhz bu məntiq rəhbər tutulacaq”, – deyə o, aydınlıq gətirib.
Diplomat əlavə edib ki, siyasi vəziyyətdən asılı olmayaraq, Rusiya şirkətləri enerji resurslarının tədarükü ilə bağlı Avropadakı kontragentlər qarşısında öhdəliklərini yerinə yetirməyə çalışırlar.
Havar Şəfiyeva






