Rusiya-Ukrayna danışıqları başlayıb.
Elchi.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin ofis rəhbərinin müşaviri Mixail Podolyak bildirib.
Danışıqlar onlayn formatda keçirilir.
***
12:58
“Rusiya-Ukrayna danışıqları bu gün videokonfrans formatında davam edəcək”.
Elchi.az xəbər verir ki, bu barədə TASS-a rusiyalı mənbə məlumat verib.
Qeyd edək ki, Rusiya-Ukrayna danışıqlarının sonuncu raundu martın 29-da İstanbulda əyani formatda keçirilib.






