"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rusiya-Ukrayna müharibəsi necə sonlanacaq?

08 İyun 2022 - 17:36
in Cebhe-banner, MANŞET

“Zamanın uzanması Rusiyanın qalib olmasına səbəb ola bilər”

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə səfəri baş tutub. Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb. Ankaradakı görüş zamanı tərəflər Ukrayna, Suriya, Əfqanıstan böhranını, eləcə də Ukrayna taxılının ixracı məsələsini müzakirə ediblər.
Qeyd edək ki, dünən Türkiyənin milli müdafiə naziri Hulusi Akar da rusiyalı həmkarı Sergey Şoyqu ilə danışıqlar aparıb. Nazirlər Ukrayna ərazisindən taxıl ixracı probleminin həlli ilə əlaqədar Qara dənizdə təhlükəsizlik məsələlərini müzakirə ediblər. Söhbət zamanı əsas diqqət Ukrayna və Suriyadakı vəziyyətə yönəlib.

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli Elchi.az-a açıqlamasında bildirib ki, məlum müzakirələr effektiv nəticələr verəcək.

Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi sona doğru çatmaqdadır:

“Çünki Rusiya Ukraynanın cənubu və cənub-şərq istiqamətlərində qövsvari olaraq üzu Xarkovdan, Luqansk, Donetsk, Xerson və Krım daxil olmaqla Odessaya qədər bölgəni götürməkdədir. Son olaraq Odessanın ələ keçirilməsi ilə çox güman ki, proses yekunlaşacaq. Rusiya Odessanı ələ keçirməklə Ukraynanı Qara dəniz ölkəsi olmaqdan kənarlaşdırır. Digər məsələ hansısa danışıqlar masasında əyləşərkən Krımla bağlı mövzunun gündəmə gəlməməsidir. Krımdan şimalda yerləşən Xerson kimi böyük bir ərazi işğal olunub. Digər əsas məsələ Donbasla bağlıdır, bunun həlli də öz əksini tapmış oldu. Çünki Donbasda rus əhalisi də yaşayırdı, Rusiya onların da təhlükəsizliyi təmin etdi. Ukraynanın Qərb ittifaqı, NATO və Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı ciddi bir əndişələr var idi. Bu əndişələr müharibə nəticəsində aradan qalxmış oldu. Qərb indiki zamanda parçalanmış Ukraynanı hansısa formada özünə qəbul edəcəkmi, bu, bir az sual altında olan məsələdir. Rusiya artıq birbaşa əlinə keçirdiyi bölgələrlə Moldova, oradan da üzü Ruminya və Bolqarıstanla birbaşa NATO sərhəddində dayanmış olacaq”.

Ə.Əlibəylinin qənaətincə, Rusiya üçün məsələ müharibə səviyyəsində bitmiş kimi görünür:

“Qərb müəyyən mənada nələrəsə nail olmaq üçün müharibənin uzadılmasında maraqlıdır. Amma Rusiyanın əlində taxıl böhranı və enerji məsələsi kimi ciddi bir təzyiqi alət olduğundan burada zamanın uzanması Rusiyanın qalib gəlməsinə gətirib çıxara bilər. Sergey Şoyqu ilə Hulisi Akarın, həmçinin Sergey Lavrovla Mövlud Çavuşoğlunun danışqları müəyyən irəliləyişə səbəb olacaq. Çünki Rusiya öz istəklərinə çatdıqdan sonra mütləq mesajlar verməyə başlayıb”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Duzlu göldə çimmək qadağandır” – RƏSMİ

Next Post

Putin “Canlı yayım”a çıxmaqdan İMTİNA ETDİ

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Next Post
Putin “Canlı yayım”a çıxmaqdan İMTİNA ETDİ

Putin “Canlı yayım”a çıxmaqdan İMTİNA ETDİ

Yoluxanların son STATİSTİKASI

Yoluxanların son STATİSTİKASI

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.