Rusiya Müdafiə Nazirliyi Ukraynada əsir götürülən 82 rus əsgərinin azad edildiyini açıqlayıb.
Elchi.az bu barədə “Trthaber.com.tr”-yə istinadən xəbər verir.
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada, danışıqlar prosesi nəticəsində Ukraynanın əsirliyində olan 82 rus əsgərinin azad edildiyi qeyd edilib.
Açıqlamada əsgərlərin nazirliyin səhiyyə müəssisələrində müalicə və reabilitasiya üçün Rusiya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə Moskvaya aparılacağı bildirilib. Azad edilən bütün əsgərlərin sağlamlıqları və psixoloji durumları üçün lazımi köməklik göstərildiyi vurğulanıb.
Yeganə






