“Rusiya Federasiyası Ukraynadakı münaqişənin həlli ilə bağlı ciddi təklifləri müzakirə etməyi planlaşdırır. Əgər bu təkliflər Rusiyanın qanuni tələblərinin yerinə yetirilməsini nəzərdə tutursa, buna hazırıq”
Elchi.az Vesti.ru-ya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Onun çıxışının yayımını “Rossiya 24” telekanalı aparıb.
“İndi bizim qanuni tələblərimizi yerinə yetirməklə münaqişəni necə dayandırmaq barədə ciddi təklif olarsa, təbii ki, biz danışmağa hazır olacağıq”,-deyə Rusiya XİN rəhbəri bildirib.
Lavrov vurğulayıb ki, Rusiya Federasiyasında xoşməramlı çatışmazlıq yoxdur, təhlükəsizlik zəmanəti ilə bağlı təkliflər dekabrda Qərb dövlətlərinə göndərilib, martda isə İstanbulda Ukrayna tərəfi ilə danışıqlar aparılıb.
Nazir hesab edir ki, Qərb hələ də döyüş meydanında Rusiyanı məğlub edəcəyinə ümid edir.
Yeganə





