İŞİD-i Suriyanın Rakka şəhərindən çıxarmaq üçün ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri ilə birgə çalışacağıq.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
“Amerikalılarla koordinasiyalı şəkildə əməliyyatlar aparmağa hazırıq. Çünki Rakka və onun ətraf bölgələrində ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri əməliyyatlar yürüdür. Rusiya Hərbi Hava Qüvvələri Palmira və Rakka şəhərlərinin azad edilməsi üçün çalışacaq”, – Lavrov bildirib.




