Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə onun amerikalı həmkarı Lloyd Ostin arasında telefon danışığı olub.
Elchi.az-ın Rusiya Müdafiə Nazirliyinə (MN) istinadən verdiyi xəbərə görə, telefon danışığı zamanı qarşılıqlı maraq doğuran beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.
“Fevralın 18-də Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu və ABŞ-ın müdafiə naziri Lloyd Ostin arasında telefon danışığı olub. Qarşılıqlı maraq doğuran beynəlxalq təhlükəsizliyin aktual məsələləri müzakirə edilib”, – Rusiya MN-dən bildirilib.






