"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Rusiya və Çin anti-Qərb bloku yaradırlar

20 Sentyabr 2022 - 12:32
in DÜNYA

“Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddəki zirvə toplantısı bitdikdən dərhal sonra Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi Çinə göndərib. Patruşevlə Çin Kommunist Partiyasının Siyasi Bürosunun üzvü Yanq Tzeçi arasında görüş keçirilib”.

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Elchi.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu FB hesabında qeyd edib:

“Tərəflər ABŞ-ın Asiya-Sakit okean regionunda hərəkətləri nəticəsində gərginliyin artması ilə bağlı narahatlıqlarını bildiriblər. Bundan başqa Rusiya ilə Çin arasında hərbi-texniki əməkdaşlıq və hərbi qüvvələrin gücləndirilməsi ilə bağlı razılıq əldə olunub. Patruşev çinli həmkarıyla görüşdə Əfqanıstan və Asiya-Sakit okean regionunun hərbi-siyasi vəziyyəti, o cümlədən Koreya yarımadası və Tayvan ətrafındakı durumu da müzakirə edib. Onlar belə qənaətə gəliblər ki, bölgədə vəziyyəti gərginləşdirən Amerika Birləşmiş Ştatlarıdır. Ağ Ev sahibi Co Bayden açıq bildirib ki, müharibə başlayacağı halda Amerika Tayvanı müdafiə edəcək. Patruşev və Yanq Tzeçi Ukrayna mövzusu ətrafında da fikir mübadiləsi aparıblar.
Patruşev çıxışı zamanı bildirib ki, Rusiya və Çin daha ədalətli dünya düzəninin formalaşmasını istəyirlər. Rusiyanın Ukraynada apardığı işğalçı müharibə fonunda bu “dünya düzəninin” necə olacağı bəllidir. Patruşev Rusiya və Çin “kollektiv Qərbə” müqaviməti davam etdirəcəyini vurğulayıb. Moskva və Pekin bu məqsədlə ətraflarında anti-Qərb bloku formalaşdırmağa çalışacaqlar.
Rusiya-Çin yaxınlığına baxmayaraq, Pekin Ukraynadakı müharibənin gedişatından narahatdır. Vaşinqtondakı analitik mərkəzlərdən birinin Çin proqramları direktoru Yun Sunun fikrincə, Rusiya prezidenti Vladimir Putin Çini faktiki olaraq aldadıb, Çinin Rusiyanın işğalını dəstəklədiyi təəssüratı yaradıb, baxmayaraq ki, Pekin münaqişəni nə gözləyirdi, nə də bu barədə məlumatlandırılmışdı. Karnegi Beynəlxalq Sülh Fondunun analizində Pekinin müharibədən narahatlığı belə izah edilib: “Çinli diplomatlar müharibənin başladığı fevralın 24-dən mayın 19-dək münaqişənin gedişatı ilə bağlı xarici ölkələrdəki həmkarları ilə 64 görüş keçirib və bu mövzunu müzakirə ediblər. Pekin müharibəni dayandırmaqda maraqlı idi. Buna baxmayaraq, Pekin müharibənin başlamasına görə məsuliyyəti Qərbin və NATO-nun üzərinə qoyub və Rusiyaya qarşı sanksiyaları yanlış adlandırıb. Pekin Rusiyanın Ukraynaya müdaxiləsini NATO-nun genişlənməsi ilə əlaqləndirib. Pekin hesab edir ki, Ukrayna NATO üzvlüyünə çalışmamalı, Şərqlə Qərb arasında körpü rolunu oynamalıdır”.
Pekinin mövqeyi Kremli razı salıb. Bunu Rusiya prezidenti Vladimir Putin çinli həmkarı Si Sinpinlə Səmərqənddə keçirdiyi görüşdə də ifadə edib. ABŞ-Çin qarşıdurması və Tayvan ətrafındakı gərginlik Kremlin maraqlarına cavab verir. Çünki bu halda Pekin Kremllə daha sıx münasibətlərə çalışır”.

Yeganə

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Mirzoyan ATƏT sədri ilə görüşdü

Next Post

“Pepsi” Rusiyada istehsalını tamamilə dayandırdı

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post
“Pepsi” Rusiyada istehsalını tamamilə dayandırdı

“Pepsi” Rusiyada istehsalını tamamilə dayandırdı

Türkiyə bizim üçün çox vacib tərəfdaşdır – Peskov

Ukrayna ilə münasibətlərin siyasi həlli yoxdur - Peskov

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.