RİA Novosti: Rusiyanın 30 bankı Çinin CIPS ödəniş sisteminə qoşulub.
Elchi.az xəbər verir ki, Rusiyanın 30 bankı Çinin SWIFT-in analoqu olan CIPS ödəniş sisteminə qoşulub, daha onlarla maliyyə institutu öz ərizələrinin təsdiqlənməsini gözləyir.
RİA Novosti agentliyinin məlumatına görə, əməliyyatlar müxbir banklar vasitəsilə həyata keçirilməli olacaq və sistemə yalnız Çinlilər və ya onların törəmə şirkətləri birbaşa daxil ola bilər.
Qeyd olunur ki, SWIFT-dən asılı olmayaraq tez və təhlükəsiz ödəniş etmək imkanı Rusiya və Çin arasında enerji, tikinti, tədqiqat və ticarət kimi bir sıra sənaye sahələrində səmərəli qarşılıqlı fəaliyyət üçün zəruridir. Ekspertlərin fikrincə, hazırda ölkələr arasında bir sıra ödənişlər ya ümumiyyətlə keçmir, ya da çox uzun müddət ərzində həyata keçirilir. CIPS-ə qoşulduqdan sonra bu problem həll olunacaq.
Şayəstə Hüseynova





