Amerikalı jurnalist Morris BRICS-də de-dollarizasiyanı Rusiya və Çinin ABŞ-a zərbəsi adlandırıb.
Elchi.az xəbər verir ki, Redacted News-un aparıcısı Clayton Morrisin fikrincə, BRİKS ölkələrində dollardan tədricən imtina, həmçinin Asiya və Latın Amerikasında de-dollarizasiya planları Rusiya və Çindən ABŞ-a sarsıdıcı zərbə oldu.
“Putin və Çin Qərbə daha bir sarsıdıcı zərbə vurdu. Getdikcə daha çox ölkə ABŞ dollarından imtina etmək qərarına gəlir – Laos, Pakistan, Argentina, Braziliya. Hər kəs əməliyyatlar apararkən dollardan uzaqlaşır “deyə jurnalist Redacted YouTube kanalının efirində bildirib.
Morrisin qeyd etdiyi kimi, dolların cəlbediciliyi ABŞ-ın xarici borclarına xidmətlə bağlı problemləri, eləcə də ticarət kəsiri fonunda aşağı düşüb. Eyni zamanda, o vurğulayıb ki, ABŞ hərbi-sənaye kompleksinə investisiya yatırmaq üçün Çindən borc pul almağa davam edir.
Şayəstə Hüseynova





